Eyni mənzil bir neçə nəfərə satılıb? - Vətəndaşlar ayağa qalxdılar - VİDEO

Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən köhnə yaşayış binası bir neçə il əvvəl sökülüb və sakinlərə söz verilib ki, yeni tikilən binada hər birinə mənzil veriləcək. Lakin nə vəd edilən mənzillər verilib, nə də tikinti başa çatdırılıb.
Sakinlərin sözlərinə görə, layihəni həyata keçirməli olan "Vesta Construction" MMC illərlə prosesi uzadır. Tikili 10 ilə yaxındır ki, yarımçıq vəziyyətdə qalıb. Köçürülmüş sakinlər hazırda kirayələrdə yaşayırlar.
Bununla yanaşı, tikinti şirkətinin yeni binadakı mənzilləri həm əvvəlki sakinlərə vəd etməsi, həm də öncədən pul ödəyən yeni alıcılara satması ciddi narazılığa səbəb olub. Eyni mənzilin bir neçə nəfərə satıldığı iddia edilir.
"Qızım 115 min manat nağd pul verib evi alıb. İndi məlum oldu ki, 2025-ci ildə həmin ev başqasına da satılıb", - vətəndaşlardan biri deyib.
Şikayətçilər deyirlər ki, məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsələr də, heç bir real tədbir görülməyib. Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan məsələ artıq uzun illərdir mövcuddur.
2016-cı ildə pilot layihə əsasında icrasına başlanılan və MTK ilə vətəndaşlar arasında müqavilənin şərtlərinin icra edilməməsi ilə bağlı olan məsələ 2018-ci ildən vətəndaşların haqlı narazılıqlarına səbəb olub:
"Rayon İcra Hakimiyyətində və qeyd olunan yaşayış binasının həyətində vətəndaşların və MTK rəhbərliyinin iştirakı ilə görüşlər keçirilib. Görüşlərdə MTK rəhbərliyinə müqavilənin şərtlərinə əməl olunması ilə bağlı xəbərdarlıq edilərək, sakinlərin narazılıqlarının həll olunması ilə bağlı tapşırıqlar verilib. Bu görüşlərin nəticəsi olaraq, artıq bir neçə şəxsin məsələsi həll olunub, digərlərinin problemlərinin həlli üzrə tərəfimizdən müvafiq işlər hələ də davam edir. Hazırda qeyd olunan məsələyə hüquqi qiymətin verilməsi üçün Rayon İcra Hakimiyyətinin müraciəti əsasında hüquq-mühafizə orqanlarında araşdırma aparılır".
Daha ətraflı Baku TV-nin videomaterialında:
"Nə işə, nə də evə vaxtında çatırıq, çox çətin vəziyyətdəyik" - Xırdalanda nəqliyyat xaosu - VİDEO
Bu ailələrə 600 manat veriləcək
Bəzi ərazilərdə işıq yoxdur
Kiminsə evinə gizli kamera quraşdırmaq məsuliyyət yaradır – HÜQUQŞÜNAS
Metroda qiymətlər dəyişəcək? - AÇIQLAMA
Qara Qarayev prospektində həll olunmayan yol problemi - ŞİKAYƏT - FOTO - VİDEO
"Nəsimi" metrosunun çıxışında dərin çuxurlar sürücülərə təhlükə yaradır - FOTO - AÇIQLAMA
“... Sosial vəziyyət getdikcə daha da ağırlaşacaq” - DEPUTATDAN ÇAĞIRIŞ
Günün günorta çağı küçə işıqları yanır – GÖRƏSƏN İSRAFIN SƏBƏBİ NƏDİR? - FOTO
Kirayə verən də, qalan da cərimələnə bilər - Yoxlamalar başladı
Əhaliyə taksilərlə bağlı pis xəbər – Bu, quraşdırılmayacaq











