Gəncədə “BakuBus” sürücüləri yaradılan şəraitdən narazıdır – Şirkət səbəbi AÇIQLADI - VİDEO

“BakuBus” MMC-yə məxsus marşrut xətlərində çalışan sürücü və dispetçerlər üçün yaradılan iş şəraiti ictimai narazılığa səbəb olub. Vəziyyət sakinlərin biri tərəfindən qeydə alınaraq sosial şəbəkələrdə paylaşılıb. Onun sözlərinə görə, fəaliyyət göstərən marşrut xətlərində çalışan sürücülər üçün Gəncə şəhəri Süleyman Rüstəm küçəsində yerləşən Gəncə Avtomobil Zavodunun qarşısında elementar istirahət və sığınacaq şəraiti mövcud deyil.
Avtosfer.az xəbər verir ki, Gəncə sakinləri deyiblər ki, şəhərdə gün ərzində fasiləsiz sərnişindaşıma həyata keçirən sürücülər nəqliyyat vasitəsindən kənar vaxtlarda ciddi çətinliklərlə üzləşirlər. Xüsusilə qış aylarında havaların kəskin soyuması vəziyyəti daha da ağırlaşdırır. Sürücülər ya açıq havada, şaxtalı və küləkli şəraitdə gözləməyə məcbur qalır, ya da dispetçerlər üçün qurulmuş, taxta və sellofan materiallarla örtülmüş, müvəqqəti və primitiv tikilidən istifadə edirlər. Sözügedən şərait nə əmək normalarına, nə də insan sağlamlığına cavab verir. Uzun müddət soyuqda qalmaq sürücülərin səhhətində problemlərə yol açmaqla yanaşı, onların iş qabiliyyətinə də mənfi təsir göstərir. Bu isə dolayısı ilə sərnişinlərin təhlükəsizliyini risk altına salır.
Sakinlərin sözlərinə görə, ictimai nəqliyyatın dayanıqlı və təhlükəsiz fəaliyyəti üçün sürücülər üçün normal istirahət məkanları, qapalı və isitmə sistemi olan sığınacaqlar təmin edilməlidir. Onlar aidiyyəti qurumları və “BakuBus” MMC rəhbərliyini məsələyə biganə qalmamağa, mövcud problemin həlli üçün təcili tədbirlər görməyə çağırıblar.
Məsələ ilə bağlı “BakuBus” MMC ilə əlaqə saxladıq. Qurumdan Avtosfer.az-a bildirilib ki, “BakuBus” MMC Gəncə şəhərində təxminən 3 aydır ki, 20 yenilənmiş marşrut xətti üzrə fəaliyyət göstərir.
“Hazırda sürücülər və dispetçerlər üçün istirahət və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq işlər həyata keçirilir. Mövcud vəziyyət hazırda tərəfimizdən nəzarətdə saxlanılır və yaxın gələcəkdə bu tədbirlərin yekunlaşması nəzərdə tutulur. Əməkdaşların təhlükəsiz və rahat əmək şəraitinin təmin edilməsi “BakuBus” MMC üçün prioritet istiqamətlərdən biridir və bu sahədə tədbirlər mərhələli şəkildə davam etdirilir”.
Nurcan Babək
Yollar bərbad vəziyyətdə, məktəblilər divara dırmaşır: Sakinlərin bitməyən problemləri - VİDEO
Şadlıq evlərində "orta menyu" qiymətləri neçəyədir? - VİDEO
Binalarda komendant özbaşınalığı: Pullar necə xərclənir?
Azərbaycanda vətəndaş iki yerdən pensiya ala biləcək
Paytaxtda aparılan tikinti sakinlər üçün təhlükə yaradır - "Hamı qorxu içindədir..." - VİDEO
Evdə qaz cihazlarından istifadə edərkən hansı qaydalara əməl olunmalıdır? – RƏSMİ AÇIQLAMA
“Avropa istehsalı” adı altında satılan dərmanların 70 faizi saxtadır - EKSPERT
İcra başçıları yolları əl arabaları üçün qırlayır - FOTOLAR
Sürücüləri təhlükəyə atan yol; Dərin çalalar ... - VİDEO
Gənclərin qurumlarda könüllü fəaliyyətinin arxa fonunda nə dayanır? – EKSPERT RƏYİ
"Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyası ədəbi dilimiz üçün nə vəd edir? – PROFESSOR AÇIQLADI











