“Gəncədə yas mərasimlərində israfçılığa son verilsin” – QMİ-dən ÇAĞIRIŞ

QMİ-nin Gəncə bölgəsi üzrə qazisi çağırış etd: “Gəncədə yas mərasimlərində israfçılığın qarşısı alınsın”. Yas mərasimlərinin təşkili xalqların qədim adət-ənənələrindən biridir. Əsrlər boyu bu mərasimlər ailələrin kədərini bölüşmək, itki yaşayanlara mənəvi dayaq olmaq üçün keçirilib. Lakin təəssüf ki, bu gün bəzi yerlərdə, o cümlədən də Azərbaycanın böyük şəhərlərindən olan Gəncədə də yas mərasimləri öz ilkin mahiyyətini itirmək üzrədir.
Artıq insanlar çox vaxt tərəddüd içində qalırlar: itirdikləri doğmalarının yasını tutmaqla məşğul olsunlar, yoxsa gələn qonaqlara süfrə açmaq qayğısına qalsınlar?
Avtosfer.az xəbər verir ki, yas evinin ağır, həssas ruhu bəzən geniş süfrələrin qurulması, müxtəlif böyük xərclərin çəkilməsi fonunda arxa plana keçir. Bunun nəticəsində yas mərasiminin əsas məqsədi – mərhumun xatirəsini ehtiramla yad etmək və ailəyə dəstək olmaq – kölgədə qalır. Bu gün cəmiyyətmiz üçün çox vacib və önəmli olan bu məsələni dəfələrlə gündəmə gətirmişik. Bu yaxınlarda “Yası borcla keçirənlər - Gəncədə ehsan süfrəsi niyə əndazədən çıxıb?” başlıqlı yazıda dinin adət və ənələrin qorunub saxlandığı şəhərdə yas mərasimləri zamanı ehsan süfrələrinin və ümumilikdə dini mərasimlərin bəzən öz əndanəzəsindən çixması barədə yazmışdıq.
Qeyd etmişdik ki, Gəncənin dini qurumlarının rəhbərləri, şəhər ağsaqqallar çürasi bu vacib məsələ ilə bağlı müraciətlər etməli, əhalını maarifləndirməli, insanları israfçılıqdan çəkindirməlidirlər. Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gəncə bölgəsi üzrə qazisi, "İmamzadə ziyarətgah" kompleksinin imamı Hacı Tahir Abbasov oxşar təşəbbüslə çıxış edib. İlahiyyatçi Gəncə şəhər ictimaiyyətinə müraciət ünvanlanıb. Hacı Tahir Abbasov şəhər sakinlərini, yerli din xadimlərini, icra hakimiyyəti nümayəndələrini, hüquq-mühafizə orqanlarının rəhbərlərini və fərdi sahibkarları yas mərasimlərinin sadə və israfdan uzaq şəkildə keçirilməsinə dəstək verməyə çağırıb. İlahiyyatçı vurğulayıb ki, bu təşəbbüs yalnız maddi yükün azaldılmasına deyil, eyni zamanda cəmiyyətdə sosial həmrəyliyin və dini dəyərlərin qorunmasına xidmət edir: “Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası tərəfindən dəfələrlə tövsiyə olunan bu yanaşma həm dini baxımdan məqbul, həm də sosial cəhətdən vacib hesab olunur. O vurğulayıb ki, yas mərasimlərinin mahiyyəti mərhumun xatirəsinin ehtiramla yad edilməsi və ailəyə mənəvi dəstəyin göstərilməsidir, dəbdəbəli süfrələr isə bu məqsədə xidmət etmir”,- deyə Hacı müraciətdə qeyd edib ( Bizim.Media).
Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏT - VİDEO
Təhsil müəssisələrində təhlükəsizlik tədbirləri yetərli deyil – KEÇMİŞ POLİS
Vətəndaşlar üçün 7 günlük iş qrafiki – Hüquqi tələblər və risklər AÇIQLANDI
Xaricdən klonlaşmış IMEI kodlu telefon alanları hansı təhlükə gözləyir? - İT mütəxəssisləri AÇIQLADI
"Temu" və "Trendyol"dan mal alanların diqqətinə: Proses çətinləşir - EKSPERT DANIŞDI
ADY ilə Ağdama get, azad olunmuş ərazilərə 7 günlük icazə əldə et! - VİDEO
Əmək bazarının görünməyən üzü; Stress tələb edən peşələri PSİXOLOQ AÇIQLADI
Marketlərdə eyni məhsulun fərqli qiymətə satılması istehlakçı hüquqlarını pozur? - Eyyub Hüseynov
“Avtobus yolunu dəyişdiyindən işə gecikirik”
Uşaq qidalarının tərkibindəki maddələr risk daşıyır – Mütəxəssis RƏYİ
Qızılın dünya bazarında bahalaşmasının səbəbi həm də İrandır – NATİQ CƏFƏRLİ











