Gənclər buna görə valideyn olmaq istəmirlər - Psixoloq

Son illərdə dünyada uşaq sahibi olmaq istəyən insanların sayı getdikcə azalır. Bunun əsas səbəblərindən biri insanların dünyanı əvvəlkindən daha güvənsiz hesab etmələridir. Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, bunu klinik psixoloq Fuad Əsədov deyib.
O bildirib ki, gələcək on il haqqında düşünərkən bir çox insan daha pessimist yanaşmaya meyillidir:
“Ekoloji problemlər, müharibələr, iqtisadi və sosial krizislər kimi amillər insanların gələcəyə olan inamını zəiflədir və nəticədə bu cür qeyri-müəyyən bir dünyaya uşaq gətirmək istəyi azalır.
Bu isə özlüyündə ciddi sosial və demoqrafik problemlər yaradır. Ən başlıcası, cəmiyyətlərdə əhalinin yaşlanması prosesi sürətlənir və gənc nəslə olan ehtiyac lazımi səviyyədə qarşılanmır. Bu vəziyyət əmək bazarına, sosial təminat sistemlərinə və ümumi iqtisadi inkişafa mənfi təsir göstərir”.
Klinik psixoloq deyir ki, son dövrlərdə insanlar arasında dünyanın tarixinin ən pis dövrünün yaşandığına dair bir inanc formalaşmağa başlayıb:
“Lakin bu fikir tam olaraq reallığı əks etdirmir. Tarixə nəzər saldıqda, dünya müharibələri, böyük iqtisadi böhranlar, vəba epidemiyaları, səlib yürüşləri, cadugər ovları və geniş miqyaslı insan itkiləri ilə yadda qalan qaranlıq dövrlərin artıq geridə qaldığını görürük. 18-ci, 19-cu və 20-ci əsrlər heç də 21-ci əsrdən daha yaxşı deyildi, əksinə, bir çox hallarda daha ağır və təhlükəli olub. Bu səbəbdən, mövcud vəziyyəti qiymətləndirərkən ifrat və ya uc nöqtələrdə düşünməkdən çəkinmək vacibdir”.
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR












