Göyçayda körpü qəzalı vəziyyətdədir – FOTOLAR

Göyçay çayı üzərində yerləşən əsas körpü təhlükəli vəziyyətdədir. Avtosfer.az xəbər verir ki, hazırda qəzalı vəziyyətdə olan, çökmələr baş verən körpü şəhərin müxtəlif hissələrini bir-birinə birləşdirən vacib nəqliyyat keçididir. Hər an daha ciddi təhlükə baş verə bilər.
Avtomobillərin və piyadaların keçidi üçün daha çox istifadə olunur bu körpüdən. Şəhər daxilində nəqliyyatın rahat hərəkəti üçün mühüm rol oynayır. Göyçay çayı üzərində illər ərzində bir neçə dəfə körpü tikilib və ya yenilənib, çünki çayın daşqınları bəzi dövrlərdə köhnə körpülərə ziyan vurub. Körpü Göyçay rayonunun mərkəzinə giriş yollarından birində yerləşdiyi üçün həm yerli sakinlər, həm də rayona gələn qonaqlar tərəfindən tez-tez istifadə olunur.
Xatırladaq ki, Göyçay çayı üzərindəki avtomobil körpüsü 2 iyun 2018-ci il tarixində güclü yağışlardan sonra çayda selin artması səbəbində dağılmışdı, körpü uçmuşdu və yol bağlanmışdı. Bakı–Şamaxı–Yevlax magistral yolunda hərəkət tamamilə dayanmışdı. /metbuat.az/




İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












