Günün günorta çağı küçə işıqları yanır – GÖRƏSƏN İSRAFIN SƏBƏBİ NƏDİR? - FOTO

Bu fotolar Parlament prospektində 7 yanvar saat 13.00-da çəkilib. Göründüyü kimi günün günorta çağı olsa da, küçə işıqları söndürülməyib.
Prospektin demək olar yarısında lampalar yanır.
Hava dumanlı və ya tutqun olsa günün günorta çağı küçə işıqlarının yandırılmasını başa düşmək mümkün idi. Amma hər kəs görür ki, gün çıxıb, hər yan işıqlıdır. Bəs onda lampalar niyə yanır?
Bəlkə də kimsə məni xırdaçılıqda ittiham edə bilər. Olsun, hər kəs düşüncəsində azaddır. İşin pis tərəfi budur ki, prospekt boyu təxminən 20 dirəkdə işıqlar yanırdı (40 lampa). Bu lampalar nə qədər qənaətcil olsa da, müəyyən qədər sərfiyyatları var. Bir lampanın hər il 5-6 saat artıq yanması bütün şəhər üzrə götürüldükdə milyonlarla kilovatt saat enerjinin israfı ilə nəticələnir. Belə bir yersiz sərfiyyat isə bizim COP-29-da götürdüyümüz öhdəliklərin yerinə yetirilməsinə mane olan amillər arasındadır. Həm də axı elektrikə qənaət üçün közərmə lampalarının satışının məhdudlaşdırılması digər tip lampaların qeyri-məhdud istifadəsinə əsas vermir.
Gündüz vaxtı lampaların boş yerə yanmasına səbəb böyük ehtimalla bu təsərrüfata cavabdeh şəxslərin diqqətsizliyi, bəlkə də məsuliyyətsizliyidir. Bir faktı da deyim ki, gündüz vaxtı işıqların yanmasına şərqli turistlər əhəmiyyət verməsələr də, qərblilər bunu israfçılıq kimi dəyəndirirlər.
Vüqar



Kartınıza pul köçürüb sizi tələyə salırlar - Dələduzların yeni üsulu
Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu - VİDEO
Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? – RƏSMİ AÇIQLAMA
Maaş və pensiyalar yenidən artırılacaq? - AÇIQLAMA
Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı MƏLUMAT YAYDI
Lökbatanda zülmətə qərq olan küçə: “Ayağımızın altını görmürük” - FOTOLAR
Taksi sahibləri üçün VACİB XƏBƏR
Yağış bir həftə əvvəl yağıb, Məmmədli qəsəbəsinin yolları hələ də su altındadır - VİDEO
Ev almaq, yoxsa tikdirmək sərfəlidir? - VİDEO
Bankların nağdlaşdırma limitinə kim nəzarət edir? – RƏSMİ AÇIQLAMA
Piyadalar bütün keçidlərdən düzgün istifadə etməyi bacarmır – Aqil Rəhimov










