“Hacı pivəsi” içib avtomobil idarə etmək olarmı? – HƏKİM RƏYİ

Kvas və alkoqolsuz pivə (xalq arasında “hacı pivəsi”) rəsmi olaraq alkoqolsuz içki kateqoriyasına aiddir. Onlar ənənəvi qıcqırma yolu ilə alınır. Sürücülər arasında isə bu məhsullardan istifadə edərək sükan arxasına keçməklə bağlı ciddi fikir ayrılığı var. Bəs mütəxəssislər nə deyirlər?
Avtosfer.az xəbər verir ki, rus narkoloq Anton Rudkovski ehtiyatlı olmağı tövsiyə edir. Mütəxəssis bildirir ki, sözügedən içkilərdə 0,5 faizədək etil spirti olur. Bu həcm sərxoşluq yaratmasa da, alkotesterdə pozitiv nəticə görünə bilər.
Kvas, kefir və alkoqolsuz pivədən etil spirtini tam kənarlaşdırmaq texniki cəhətdən mümkün deyil. Tibbi baxımdan bunun heç bir təhlükəsi də yoxdur. lakin, bir məqamı unutmaq olmaz.
Sözügedən içkiləri qəbul etdikdən sonra qısa müddətdə insan nəfəsində alkoqol meydana çıxa bilər. Amma bu hal sərxoşluq deyil, qalıq effekti hesab edilir. Bir müddət sonra bütün göstəricilər sıfıra enir.
Buna görə də doktor Rudkovski kvas, kefir və alkoqolsuz pivə qəbul etdikdən azı 20 dəqiqə sonra sükan arxasına keçməyi tövsiyə edir. Əsas vacib məqam isə həcmlə bağlıdır. Əgər kimsə yarım litr və daha böyük miiqdarda alkoqolsuz pivə içərsə, bir neçə saat ərzində yoxlamanın nəticəsi sürücünün xeyrinə olmayacaq.
Vüqar
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ













