Həbs olunan gənc hərbi xidmətə aparılırmı? - QANUN NƏ DEYİR? - FOTO

Hərbi xidmətə çağırış mövsümündə minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edir.
Avtosfer.az xəbər veriri ki, onların arasında əvvəllər məhkumluq həyatı yaşamış şəxslər də olur. Bəs bu halda prosedur necə tənzimlənir? Məhkumluğu olan bir şəxs digər çağırışçılar kimi xidmətə göndərilə bilərmi, yoxsa bu vəziyyət onun hərbi xidmətə qəbuluna mane olur?
Məsələyə hüquqi baxımdan yanaşdıqda, burada həm təhlükəsizlik, həm də qanunvericilik aspektləri nəzərə alınmalıdır. Kimlər üçün bu məhdudiyyət qüvvədədir, kimlər isə istisna sayılır?
.jpg)
Mövzu ilə bağlı hüquqşunas Ramil Süleymanov saytımıza açıqlamasında bildirib ki, “Hərbi xidmət keçmə haqqında” qanunda konkret şəkildə qeyd olunmayıb ki, məhkumluğu olan və ya məhbus həyatı yaşamış şəxslərin hərbi xidmətə çağırılması qadağandır:
“Yəni qanunvericilikdə belə bir məhdudiyyət nəzərdə tutulmayıb. Lakin hərbi xidmətə çağırış zamanı vətəndaş haqqında müvafiq məlumatlar toplanarkən onun məhkumluğu, məhkumluğunun ödənilməsi və ya götürülməsi ilə bağlı məlumatlar da şəxsi işinə əlavə olunur. Bu səbəbdən, həmin məlumatlar əvvəlcədən çağırışçının xidmət edəcəyi hərbi hissəyə təqdim edilir ki, şəxsin vəziyyəti barədə ciddi nəzarət həyata keçirilsin”.
Hüquqşunas qeyd edib ki, eyni zamanda, əgər hərbi komisarlıq tərəfindən çağırışçının psixoloji vəziyyəti ilə bağlı hər hansı narahatlıq aşkarlanarsa, bu halda aidiyyəti qurumların rəyləri və mövqeləri nəzərə alınmaqla onun hərbi xidmətə göndərilməsi barədə qərar qəbul edilir:
“Hərbi xidmət zamanı isə məhkumluq keçmiş şəxslərlə bağlı hər hansı ayrı-seçkilik mövcud deyil. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən, hər kəs bərabərlik hüququna malikdir və heç kəs keçmişdə baş vermiş hadisələrə görə ayrı-seçkiliyə məruz qala bilməz. Buna görə də qanun hər kəsə eyni qaydada tətbiq olunur və məhkumluğu olan şəxslərə münasibətdə də eyni hüquqi prinsiplər qüvvədədir”.
Fidan
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA












