"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

Sosial şəbəkələrdə tez-tez rast gəlinən videolarda bəzi vətəndaşlar çips paketini açdıqdan sonra içindən qurd çıxdığını iddia edirlər. Hətta bəzi görüntülərdə məhsul mikroskop altında göstərilərək tərkibində canlı orqanizmin olduğu fikri irəli sürülür. Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.
Bəs bu iddialar nə dərəcədə reallığı əks etdirir?
Qida üzrə ekspert Seymur Qafarov qeyd edir ki, belə hadisələrin baş verməsi qablaşdırma materialının tamlığının pozulması ilə əlaqəli ola bilər:
"Ümumiyyətlə, emal prosesindən sonra soyudulan məhsulların dolum zamanı içərisinə fiziki çirklənmə daxil ola bilər. Həmçinin hər hansı bir qurdun emaldan keçmiş məhsulun üzərində sürfəsi ola bilər. Bu zaman paketləmə bağlandıqdan sonra orada inkişaf edə bilər. Paketlənmiş məhsuldan həşərat çıxa bilər ki, bu da fiziki çirklənmə meyarına daxildir. Mikroskop altında çips dilimini müşahidə etdikdə isə orada mikrobioloji çirklənmə əlamətləri də görünə bilər".
Mütəxəssislər deyirlər ki, çips kimi qablaşdırılmış qida məhsullarında belə halların baş verməsi əsasən saxlanma şəraiti və gigiyenik normaların pozulması ilə bağlı ola bilər. Bu səbəbdən istehlakçılara tövsiyə olunur ki, məhsulun saxlanma şəraitinə və istifadə müddətinə xüsusi diqqət yetirsinlər. Qida sahəsində şübhəli və xoşagəlməz hallarla qarşılaşdıqda isə vətəndaşlar həmin məhsulu istehlak etməməli və bunu təsdiq edən faktlarla birlikdə aidiyyəti quruma müraciət etməlidirlər.
Rayonlarda pensiyalar bu tarixdə veriləcək
Qlobal ərzaq qiymətlərində yeni artım siqnalı
"Kart sisteminə tam keçid olmadan nəqliyyatda güzəşt tətbiq etmək çətindir” - Ekspert
Dövlət agentliyi işə qəbul müsabiqəsi elan etdi; bu şəxslər müraciət edə bilər
Rəsmi qurumlar ipoteka ilə bağlı birgə məlumat yaydı
Yaşlılar kiberdələduzların fırıldaqlarından necə qoruna bilər? - Mütəxəssisdən AÇIQLADI
Bunu etsəniz 50 manat cərimələnəcəksiniz - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!
Tələbələrə ictimai nəqliyyatda güzəşt edilməsi planlaşdırılır? - Ekspert AÇIQLADI
Uşaqlara telefondan istifadəni tamamilə qadağan etmək nəyə səbəb ola bilər? - Ekspert RƏYİ
Milli Məclisdən yeni qərar - Aprelin 1-dən qüvvəyə minəcək
Çində istehsal edilən saxta yumurtalar Azərbaycanda da satılır? - RƏSMİ AÇIQLAMA










