İctimai nəqliyyatda pensiyaçı, əlil, şagird və tələbələrə güzəştlər edilməlidir – Ombudsmandan TƏKLİF - FOTO

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsində iştirak edib.
Müvəkkil 8 Noyabr – Zəfər Günü ərəfəsində keçirilən müzakirələrdə çıxışı zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildiyini bildirib. O, uğurla həyata keçirilən Böyük Qayıdış proqramının otuz ildən çox doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın təhlükəsiz qayıdışına və pozulmuş fundamental hüquqlarının bərpa olunmasına xidmət etdiyini diqqətə çatdırıb.
Avtosfer.az xəbər verir ki, Ombudsman insan hüquq və azadlıqlarının təmini sahəsində səmərəliliyin daha da artırılması məqsədilə növbəti ilin dövlət büdcəsi üçün bir sıra təkliflərlə çıxış edib. Səbinə Əliyeva çıxışında bildirib ki, insan hüquqlarının qorunması sahəsində dövlət qurumlarının fəaliyyətinin, habelə qanunvericiliyin davamlı olaraq təkmilləşdirilməsi olduqca zəruridir.

“Belə ki, Ombudsmanın həyata keçirdiyi fəaliyyət zamanı, xüsusilə də müraciətlərin araşdırılması və təhlili prosesində narahatlıq yaradan bəzi məsələlərin gələn ilin dövlət büdcəsində nəzərdə tutulmasına ehtiyac olduğu müəyyən edilmişdir. Bu problemlərin həlli ölkədə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində aparılan hüquqi islahatlara dəstək verməklə yanaşı, hüquq müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə, eləcə də dövlət orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılığın artırılmasına da mühüm töhfə verə bilər.
Beləliklə, zəruri maliyyə vəsaitinin ayrılmasına ehtiyac olduğu insan hüquqlarının təmini ilə bağlı aşağıdakı problemlərə diqqəti yönəldərək bildirmək istərdim ki:
- yeni elmi-tibbi biliklərin tətbiqi ilə bağlı son illər aparılan hərtərəfli təhlil və qiymətləndirmələr, habelə bu sahədə digər ölkələrin müsbət təcrübələri (məsələn, Türkiyə təcrübəsi) nəzərə alınmaqla şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatının gücləndirilməsi;
- xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla ictimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə münasibətdə güzəştlərin tətbiq olunması vacibdir", - deyə Ombudsman Səbinə Əliyeva bildirib.
Səfər
Bu məmurların maaşları artırıldı - SİYAHI
Müəllimlərin sosial rifahı nə vaxt yüksələcək? - Mövcud VƏZİYYƏT AÇIQLANDI
Bakıda kirayə mənzil qiymətləri yüksəlib – İqtisadçı səbəblərdən danışdı
Kitabı tonqala atmaq mədəniyyətə qarşı açıq hücumdur - SOSİOLOQ
Əhalinin sosial vəziyyəti necə dəyişir? - Yaşayış xərcləri bu cür artır...
Autizmli uşağın doğulmasında hamiləlik zamanı ananın çips yeməsi də səbəb ola bilər - PSİXOLOQ
Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə
Fitrə zəkatı nə vaxt və nə qədər verilməlidir? - VACİB AÇIQLAMA
İnsanlar niyə geyim və əşyalarda bir-birilə prinsip aparır? – Psixoloq səbəbləri AÇIQLADI
Bakının bu rayonlarında kirayə evlərin qiyməti artdı
Gənclər arasında işsizlik: Ali təhsili olanların iş tapa bilməməsinin səbəbləri nələrdir?










