İİV və QİÇS yoluxanların sayı niyə artır? – HƏKİM SƏBƏBLƏRİ AÇIQLADI

Azərbaycanda insan immunçatışmazlığı virusu (İİV) və qazanılmış immunçatışmazlığı sindromu (QİÇS) ilə bağlı göstəricilərdə son 15 ildə ciddi artım müşahidə edilib. Rəsmi statistikaya görə, 2010-cu illə müqayisədə 2024-cü ildə İİV-ə yoluxanların sayı 9 min 223 nəfər artaraq 11 min 844-ə çatıb. Eyni dövrdə QİÇS diaqnozu ilə qeydiyyatda olanların sayı da yüksələrək 2 964 nəfər təşkil edib. Bu artım cəmiyyətdə müzakirələrə səbəb olub. Görəsən yoluxanların artma səbəbi kimi ilkin faktorlar nələrdir?

Bununla bağlı infeksionist Mərdan Əliyev Avtosfer.az-a bildirib ki, faktiki olaraq yoluxmanın sayının artmasında bir neçə səbəblər rol oynayır:
“Son illərdə İİV xəstəliyinə yoluxanların sayının artmasının əsas səbəbi yoluxmaların çoxalmasıdır. Diaqnostik müayinələrin artması, həmçinin sığortanın tətbiqi də yoluxmaların aşkarlanmasında rol oynayır. Lakin reallıq budur ki, yeni yoluxmaların sayı da faktiki olaraq artır. İİV-in əsas yoluxma cinsi yolla baş verir. Bundan sonra isə ən əhəmiyyətli yol narkomanlar arasında - venadaxili inyeksiya vasitəsilə yoluxmadır. Yəni, narkotik maddələrin venaya tətbiqi yolu ilə istifadə edənlər arasında virusun yayılması çox genişdir. Xəstəlik xüsusilə gənc yaş qrupunda daha çox müşahidə olunur və sürətlə artmaqda davam edir”.
İnfeksionist yoluxmanın qarşının alınması üçün vətəndaşlara zərərli vərdişlərdən uzaq olmağı məsləhət görür.
Nurcan Babək
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq ... - VİDEO
Kirayə müqaviləsi olmayanları nə gözləyir? - VİDEO
Ödənilən cərimələri geri almaq mümkün olacaq - Vətəndaşların nəzərinə - VİDEO
Kəndlərin boşalması və urbanizasiya: Bakının yükünü azaltmaq mümkündürmü?
Hansı avtobuslarda gedişhaqqı qalxıb? - RƏSMİ
Bunu edən şəxslər 5 min manat cərimələnəcək – Qanun qüvvəyə minir
“Əl enerjisi” ilə müalicəyə inananlar bunu bilirdimi? – Psixoloqdan AÇIQLAMA
Qadınlar daha yaxşı sürücüdür, yoxsa kişilər? - Elm son sözü dedi
Azərbaycanın 170 örnək müəllimi – ADLAR
Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
Vərəsəliklə bağlı bunları mütləq bilməlisiniz - Əgər ata vəfat edibsə, mülk bu cür bölünür










