İlham Əliyev Stiven Doutini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Doutini qəbul edib.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, Stiven Douti Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması ilə əlaqədar əldə olunmuş tarixi nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı, ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu bildirdi. Qonaq, həmçinin Vaşinqtonda regional nəqliyyat bağlantıları ilə bağlı əldə edilmiş nəticələrin əhəmiyyətinə toxundu.
Stiven Douti ötən il COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsi və qazanılmış uğurlar münasibətilə təbriklərini çatdırdı.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi. Prezident İlham Əliyev Azərbaycanın sülh gündəliyinin və Ermənistanla normallaşma prosesinin irəli aparılması üçün bundan sonra da səylərini davam etdirəcəyini dedi.
Dövlətimizin başçısı COP29 zamanı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin Azərbaycana səfərini və onunla keçirilmiş görüşünü xatırladı.
Söhbət zamanı Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, siyasi münasibətlərimizin mövcud vəziyyətindən məmnunluq ifadə olundu. İqtisadi, ticari, informasiya-kommunikasiya texnologiyaları, təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğu bildirildi. Azərbaycanla Böyük Britaniya arasında enerji sahəsində əlaqələrə toxunularaq, bu xüsusda ölkəmizlə bp arasında 30 ildən artıq davam edən səmərəli əməkdaşlıq qeyd olundu, bunun həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində uğurla həyata keçirildiyi vurğulandı. Bp ilə qarşılıqlı faydalı əməkdaşlığın qarşıdan gələn onilliklər ərzində də davam edəcəyinə ümidvarlıq ifadə olundu.
Sonda qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.







Dolların "şah dövrü" bitdi - Devalvasiya qorxusu arxada qalır?
Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
Kommunal xərcləri bu yollarla azalda bilərsiniz
Bakıda minlərlə ev söküləcək: Böyük parklar salınacaq - VİDEO
İctimai nəqliyyatda yuxuya getmək nə dərəcədə zərərlidir? - Mütəxəssisdən açıqlama
Qramla satılan ətir, yoxsa xərçəng və sonsuzluq riski? - XƏBƏRDARLIQ
“Bahar gəlir, yoxsa qış geri qayıdır?” - İQLİMŞÜNASDAN MARAQLI CAVAB
Adnan Əhmədzadənin marketində fırıldaq; görün vətəndaşı necə aldatdılar – FOTO
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
Endirim adı altında yayılan hansı linklər təhlükəlidir? - İKT mütəxəssisi AÇIQLADI
Azərbaycanda yeni cərimələr qəbul edildi - 550 manatdan 2500 manatadək








