İlham Əliyev və Paşinyan hərbi parada qatılacaq

Çində keçiriləcək qələbə bayramına 26 xarici lider qatılacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Qeyd edilib ki, onların arasında Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putin, Şimali Koreya lideri Kim Çen In, İran prezidenti Məsud Pezeşkian, Pakistanın baş naziri Şahbaz Şərif və digər liderlər var.
Qeyd edək ki, Çin sentyabrın 3-də Çin və Sovet ordularının İkinci Dünya Müharibəsində Yaponiya təcavüzü üzərində birgə qələbəsinin 80-ci ildönümünü qeyd etmək üçün prezident Si Cinpinin rəhbərliyi ilə hərbi parad keçirəcək.
Xatırladaq ki, Paşinyan və İlham Əliyev ŞƏT sammitində iştirak edəcəklər.
Avqustun 31-dən sentyabrın 1-dək Çinin Tianjin şəhərində keçiriləcək sammitə 20-dən çox ölkənin liderləri və 10 beynəlxalq təşkilatın rəhbərləri qatılacaq.
Dolların "şah dövrü" bitdi - Devalvasiya qorxusu arxada qalır?
Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
Kommunal xərcləri bu yollarla azalda bilərsiniz
Bakıda minlərlə ev söküləcək: Böyük parklar salınacaq - VİDEO
İctimai nəqliyyatda yuxuya getmək nə dərəcədə zərərlidir? - Mütəxəssisdən açıqlama
Qramla satılan ətir, yoxsa xərçəng və sonsuzluq riski? - XƏBƏRDARLIQ
“Bahar gəlir, yoxsa qış geri qayıdır?” - İQLİMŞÜNASDAN MARAQLI CAVAB
Adnan Əhmədzadənin marketində fırıldaq; görün vətəndaşı necə aldatdılar – FOTO
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
Endirim adı altında yayılan hansı linklər təhlükəlidir? - İKT mütəxəssisi AÇIQLADI
Azərbaycanda yeni cərimələr qəbul edildi - 550 manatdan 2500 manatadək










