İlk köç karvanı Xocavəndə çatdı, açarlar təqdim olundu - FOTO - YENİLƏNİB

Bu gün ilk köç karvanı ilə Xocavənd şəhəri və Xocavənd kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar.




13:49
***14:03
İlk köç karvanı Xocavənd şəhəri və eyni adlı kəndə çatıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, ilk mərhələdə Xocavənd şəhərinə 50 (194 nəfər), kəndinə isə 20 ailənin (94 nəfər) qayıdışı təmin edilib.
***13:00
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük qayıdış" davam edir.
Avtosfer.az AZƏRTAC-a istinadla xəbər verir ki, Xocavənd şəhəri və Xocavənd kəndinə ilk köç karvanı yola salınıb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
İlk mərhələdə Xocavənd şəhərinə 50 ailə - 194 nəfər, Xocavənd kəndinə isə 20 ailə - 94 nəfər köçürülüb.
Doğma yurda dönən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Bulud dağıdan toplardan niyə istifadə etmirik? - Axırıncı dəfə Sovet dövründə...
Üstünlüyün piyadalarda olduğu şəhər modeli hansı prinsiplərə əsaslanır? - VİDEO
Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? - Çexiya təcrübəsi öyrənilir
Azərbaycanda kommunal xidmətlər yenidən bahalaşacaq? - VACİB AÇIQLAMA
Bu sahədə işləyənlər 4000 manatdan çox maaş alırlar - SİYAHI
DSX müsabiqə elan etdi - VİDEO
Bakıya yağan dolunun səbəbi AÇIQLANDI - VİDEO
İmtahan suallarının məzmunu və obyektivliyi sual altındadır – TƏHSİL EKSPERTİ
Azərbaycanda məşhur bazar sökülür - Avtomobil yolu genişləndirilir - VİDEO
Bulvarda gülləri əzənlər məşhur blogerlər imiş - ADLAR - FOTOLAR
Xəzərdəki ardıcıl zəlzələlər batma təhlükəsi yaradırmı? - AÇIQLAMA








