İpoteka ilə ev almaq istəyənlər üçün VACİB XƏBƏR

"Güzəştli ipoteka kreditləri üzrə faiz dərəcəsi hazırda 4 faiz, maksimal məbləğ isə 100 min manat, adi ipoteka kreditlərində isə faizlər 7-8 faiz aralığında dəyişir və kredit məbləği 150 min manata qədərdir". Avtosfer.az xəbər verir ki, bu sözləri "Baku.ws"ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc taksi bazarı üzrə apardığı müqayisəli təhlil zamanı bildirib.
AQC sədri əlavə edib ki, faiz dərəcələrinin azaldılması birbaşa ölkənin makroiqtisadi imkanları ilə bağlı məsələdir:
"Əgər iqtisadi şərait və risklər buna imkan versə, faizlərin aşağı salınması məqsədəuyğun hesab oluna bilər. Lakin mövcud iqtisadi vəziyyətdə bu addım real görünmür. Hazırkı mərhələdə əsas prioritet ipoteka kreditlərinin məbləğinin artırılması və əlçatanlığın genişləndirilməsi olmalıdır. Çünki bu gün 100 min manat güzəştli ipoteka krediti alan vətəndaş ən azı eyni məbləği də üzərinə əlavə etməyə məcbur qalır ki, yeni tikilidə bir otaqlı və ya maksimum iki otağa çevrilmiş mənzil ala bilsin. Bu isə əksər ailələr üçün ciddi maliyyə yükü yaradır. Əvvəlki illərdə bir və ya iki otaqlı, hətta üç otağa çevrilmiş mənzilləri 120-130 min manat civarında almaq mümkün idisə, hazırda həmin qiymətlər təxminən iki dəfə artıb. Nəticədə güzəştli ipoteka kreditindən istifadə edən vətəndaşlar faktiki olaraq tam deyil, ən azı yarı ödəniş etməyə məcbur olurlar. Adi ipoteka kreditlərində müəyyən edilən 150 min manatlıq limit də çoxotaqlı mənzillərin alınmasını çətinləşdirir. Bu məbləğ bir otaqlı mənzil üçün yetərli ola bilər, lakin iki və daha çox otaqlı mənzillərin alınması üçün kifayət etmir".
Vüqar Oruc əlavə edib ki, faizlərin azaldılması hazırda real görünməsə də, ipoteka əlçatanlığını artırmaq üçün alternativ addımlar mümkündür:
"İlk növbədə ipoteka kreditlərinə ayrılan ümumi vəsait artırılmalıdır. Eyni zamanda, vətəndaşlara verilən kredit məbləğləri yenidən nəzərdən keçirilməlidir. Belə ki, güzəştli ipotekalarda limit 100 mindən 150 min manata, adi ipotekalarda isə 150 mindən 200 min manata qədər yüksəldilməlidir. Bu, daşınmaz əmlak bazarında baş verən bahalaşma fonunda vətəndaşların mənzil alma imkanlarını qismən də olsa artırar. Paralel olaraq, tikinti sektorunda sahibkarların təşviqi vacibdir ki, bazarda mənzil təklifi artsın. Bundan əlavə, İpoteka və Kredit Zəmanət Fondunun mövcud mexanizmləri çərçivəsində kirayə mənzil bazarının da genişləndirilməsi məqsədəuyğundur. Belə olduqda vətəndaşlar təkcə ipoteka krediti hesabına deyil, eyni zamanda kirayə mənzillər vasitəsilə də mənzil tələbatlarını ödəyə bilərlər".
Sosial şəbəkələrdə “arıqladıcı şokolad” satışa çıxarılıb; xəstəlik mənbəyidir – QİDA EKSPERTİ
Ticarətdə nağd ödəniş vergidən yayınma fürsəti yaradır – NATİQ CƏFƏRLİ
Nəqliyyat yükünün bir-iki küçəyə yönəlməsi Bakıda tıxacları artırır – EKSPERT
Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA - VİDEO
Azərbaycanda qaz istehlakı azalıb; bu yaxşıdır, yoxsa pis? – Ekspert AÇIQLADI
"Kupça" almaq istəyənlərə ŞAD XƏBƏR - 15 günə veriləcək
Ağsaqqal və ağbirçək anlayışları cəmiyyət üçün sosial şəbəkə kontentinə çevrilir - SOSİOLOQ
İş dəftərləri artıq müasir təhsilə uyğun deyil - EKSPERT
Avtobuslar dağılır, şəxsi maşınlar təhlükə yaradır... - Sabunçunun qorxunc yolları - VİDEO
Çörək bahalaşdı - 1 manat 10 qəpik - FOTO
Bu şəxslərin pensiyası 632 manata ÇATACAQ











