İrandan idxal olunan məhsullar bahalaşdı - VİDEO

İrandan idxal olunan məhsulların qiymətində artım müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, qonşu İranda baş verən son hadisələr və daxili qeyri-sabitlik Azərbaycanın istehlak bazarına təsirsiz ötüşmür. Artıq bir neçə gündür ki, paytaxt bazarlarında və topdansatış mərkəzlərində İran istehsalı məhsulların həm qıtlığı, həm də qiymət artımı müşahidə olunur.
Satıcılar bildirirlər ki, əgər bir neçə həftə öncə alıcılar bu məhsulları daha münasib qiymətə tapa bilirdilərsə, məhsul qıt olduğundan qiymətlər artıb.
Satıcılar bildirirlər ki, idxalın zəifləməsi ən çox gündəlik tələbat mallarına, xüsusən də yağ və düyü bazarına zərbə vurub. Ehtiyatlar tükəndikcə, qiymətlər də sürətlə artır. Məişət üçün kimyəvi və yuyucu vasitələr seqmentində də vəziyyət fərqli deyil.
Ekspertlər hesab edir ki, əgər tədarük bərpa olunmasa, bu qıtlıq digər idxal məhsullarının da süni şəkildə bahalaşmasına səbəb olar bilər. Alıcılar isə hələlik çarəni ya daha az almaqda, ya da yerli alternativlərə üz tutmaqda görürlər.
Hazırda bazardakı vəziyyət birbaşa sərhəddəki keçid qabiliyyətindən və İrandakı daxili sabitlikdən asılıdır. Qiymətlərin nə vaxt stabilləşəcəyi isə hələlik sual altındadır.
Ödənilən cərimələri geri almaq mümkün olacaq - Vətəndaşların nəzərinə - VİDEO
Kəndlərin boşalması və urbanizasiya: Bakının yükünü azaltmaq mümkündürmü?
Hansı avtobuslarda gedişhaqqı qalxıb? - RƏSMİ
Bunu edən şəxslər 5 min manat cərimələnəcək – Qanun qüvvəyə minir
“Əl enerjisi” ilə müalicəyə inananlar bunu bilirdimi? – Psixoloqdan AÇIQLAMA
Qadınlar daha yaxşı sürücüdür, yoxsa kişilər? - Elm son sözü dedi
Azərbaycanın 170 örnək müəllimi – ADLAR
Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
Vərəsəliklə bağlı bunları mütləq bilməlisiniz - Əgər ata vəfat edibsə, mülk bu cür bölünür
Əli Əsədov hərbi qeydiyyatla bağlı QƏRAR İMZALADI
Vətəndaşın xəbəri olmadan onun adına kredit götürülə bilməz – Vəkil səbəbləri AÇIQLADI










