İribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azaldı

Bu il yanvarın 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 435,5 min baş, xırdabuynuzlu heyvanların sayı isə 6 milyon 757,8 min baş təşkil edib.
Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar ayının 1-i ilə müqayisədə iribuynuzlu heyvanların sayı 1,2% və ya 30.1 min baş, xırdabuynuzlu heyvanların sayı isə 2% və ya 138.7 min baş azalıb.
Qeyd edək ki, iribuynuzlu heyvanların sayı ən çox Sabirabad (121 399 baş), Bərdə (107 490 baş) və İmişli ( 95 493 baş), xırdabuynuzlu heyvanların sayı isə ən çox Beyləqan (278 317 baş), İmişli (255 283 baş), Quba (240 707 baş) rayonlarındadır.
Nəzərə alaq ki, ötən il ölkəyə 33 milyon 51.71 min ABŞ dolları dəyərində 306 591 baş diri qoyun, 91 milyon 457.62 min ABŞ dolları dəyərində 115 301 baş diri iribuynuzlu heyvanlar idxal edilib.
Əli Əsədov hərbi qeydiyyatla bağlı QƏRAR İMZALADI
Vətəndaşın xəbəri olmadan onun adına kredit götürülə bilməz – Vəkil səbəbləri AÇIQLADI
Əhaliyə ŞAD XƏBƏR! - Sosial ödənişlər SABAH ödəniləcək
Avtobuslarda gedişhaqqı ilə bağlı YENİLİK - VİDEO
Taksi sürücüsü dərd dinləməyə görə pul alır - Paytaxtda qeyri-adi xidmət - VİDEO
Buraxılış imtahanına salınan suallar çətin olub? – Təhsil eksperti AÇIQLADI
Cibimizə "səssiz müdaxilə" - Bankların gizli mexanizmi
Süni intellektin dəhşətli üzü - Cinayət alətinə çevrilib?
Bakıda bu ərazilərdə söküntü olacaq - KOMPENSASİYA MƏBLƏĞLƏRİ
Bayramlar yaxınlaşdıqca bazardakı qiymətlər niyə artır? - Ekspert səbəbləri AÇIQLADI
Metroda gecikmələr və sıxlığın səbəbi nədir? - Ekspert AÇIQLADI










