İşini itirən hər vətəndaş müavinət ala bilər? – HÜQUQŞÜNASDAN AÇIQLAMA - FOTO

İşini itirən şəxslərin ilk düşündüyü məqamlardan biri işsizlik müavinəti almaq hüququdur. Lakin hər bir işsiz qalan vətəndaş bu imkandan yararlana bilirmi?
Avtosfer.az xəbər verir ki, qanunvericilikdə işsizlik müavinətinin hansı hallarda verildiyi və kimlərin bu hüquqa malik olduğu xüsusi olaraq müəyyən edilib. Ən çox müzakirə olunan məsələlərdən biri isə öz istəyi ilə işdən ayrılan şəxslərin bu kateqoriyaya daxil olub-olmamasıdır.

Məsələ ilə bağlı hüquqşunas Ramil Hüseynov saytımıza açıqlamasında bildirib ki, əgər işçi ixtisara düşürsə, iş yeri onun iradəsindən kənar səbəblərdən bağlanırsa və ya əmək müqaviləsinə birtərəfli xitam verilirsə, bu halda o, elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək işsiz kimi qeydiyyata alınır:
“İlkin mərhələdə işçiyə sonuncu aldığı əməkhaqqının 80 faizi həcmində müavinət ödənilir. Sonrakı 3-4 ay ərzində isə müavinət onun orta aylıq əməkhaqqı əsasında hesablanır. Bu ödənişlərin müddəti 6 aydan artıq olmur və işçinin 6 ay ərzində mütləq müavinət alacağına dair təminat verilmir.
Nazirliyin müvafiq qurumu işçiyə ixtisasına və kateqoriyasına uyğun iş yeri təklif etdiyi halda, o, yalnız bir dəfə imtina etmək hüququna malikdir. Təklif olunan işdən ikinci dəfə imtina edilərsə, bu, artıq işçinin işləmək istəməməsi kimi qiymətləndirilir və bu zaman işsizliyə görə ödənilən müavinət dayandırılır”.
Fidan
Bakının ən rahat iş tapılan rayonları - SİYAHI
Bakının mərkəzində yeni təmir olunan yol çökdü: Təhlükə yarandı – FOTO - VİDEO
Bu halda pensiyanız kəsilə bilər – Sürücülük vəsiqəsi ilə əlaqəlidir
Bakıda kirayə qiymətləri son bir ildə niyə çox artıb? - VİDEO
"Həzi Aslanov" nə vaxt açılacaq? - RƏSMİ
Bakı buxtası ilə bağlı həyəcan siqnalı - Xəzər çəkilir - FOTOLAR
Bakının mərkəzində biabırçı mənzərə - “Qadınlar necə etsin?!” - VİDEO
Bu şəxslərin pensiyası övladına veriləcək
Xarici pasport almaq istəyənlərə VACİB XƏBƏR
Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər? - QİYMƏTLƏR
Minlərlə insana şad xəbər: bu cərimələr silinə bilər










