İsmayıllıda yolu olmayan Yeniyol kəndi: "Gərək atla hərəkət edəsən" - VİDEO

İsmayıllı rayonunun Yeniyol kəndinin sakinləri yolsuzluqdan əziyyət çəkirlər. Avtosfer.az xəbər verir ki, bununla bağlı Oxu.az-a müraciət daxil olub. Qeyd olunub ki, kəndin yollarında ancaq atla və ya "Niva" avtomobili ilə hərəkət etmək mümkündür.
"XXI əsrdə insanların bu cür yolsuzluq şəraitində yaşamağa məhkum olmaları başadüşülən deyil. Dəfələrlə aidiyyəti üzrə müraciət etmişik, amma səsimizi eşidən və bir tədbir görən yoxdur", - deyə şikayətdə bildirilir.
İsmayıllı Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin ərazi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansındadır.
Məsələ ilə bağlı AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib ki, Yeniyol kəndinin iki kilometrlik hissəsi qurumun balansındadır.
"Həmin yolun tam olaraq əsaslı yenidənqurulması ilə bağlı təkliflər hazırlanıb və dövlət proqramına salınması üçün aidiyyəti üzrə göndərilib. Bu məsələ dövlət proqramına salınandan sonra maliyyə vəsaiti ayrılacaq və yol əsaslı şəkildə yenidən qurulacaq", - deyə A.Nəcəfli vurğulayıb.
Xarici pasport almaq istəyənlərə VACİB XƏBƏR
Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər? - QİYMƏTLƏR
Minlərlə insana şad xəbər: bu cərimələr silinə bilər
Yeni qərar minlərlə insanı sevindirəcək: Çoxuşaqlı ailə sayı bu qədər ola bilər
Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə "yox" deyilir?
İllərlə istifadə etdiyiniz torpağı özəlləşdirmək mümkündür: Şərtlər nədir? - VİDEO
Avtovağzal Kompleksində bayram konserti təşkil olundu - FOTO - VİDEO
Maaşlar yeni qaydada hesablanacaq — Kimlərə aiddir?
Bakı bir gecədə niyə boşaldı? – Paytaxtı “xilas” etməyin yolları açıqlandı
"Pulunu yedilər, buranı düzəltmədilər" - Yol problemi - VİDEO
Bu məmurların maaşları artırıldı - SİYAHI










