İstifadəyə yararsız pulları 2 martdan sonra bu banklarda dəyişə bilərsiniz

Azərbaycan Mərkəzi Bankı (AMB) əhaliyə xidmətin təkmilləşdirilməsi məqsədilə milli pul nişanlarının dəyişdirilməsi prosedurunda dəyişiklik edib.
Avtosfer.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, 2 mart 2026-cı il tarixindən etibarən milli pul nişanlarının dəyişdirilməsi xidməti operator banklar – "Azərbaycan Beynəlxalq Bankı” ASC və "Kapitalbank” ASC-nin ölkə üzrə fəaliyyət göstərən filial və şöbələrində ödənişsiz həyata keçiriləcək.
Qeyd olunub ki, həmin tarixdən Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən "Nağd pul ofisi”nin fəaliyyəti dayandırılacaq.
Bununla yanaşı, yubiley və xatirə pul nişanlarının satışı, eləcə də Mərkəzi Bankın onlayn satış sistemi vasitəsilə alınmış pul nişanlarının təhvili 2 martdan etibarən Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasında həyata keçiriləcək. Təslim prosesi həftənin 2-ci, 3-cü və 4-cü günləri saat 10:00-dan 12:00-dək aparılacaq.
Mərkəzi Bank əlavə edib ki, investisiya pul nişanlarının satışı və geri alışı əvvəlki qaydada satış agentləri – "Bank of Baku” ASC və "TuranBank” ASC vasitəsilə davam etdiriləcək.
Xatırladılıb ki, milli pul nişanlarının dəyişdirilməsi üçün Mərkəzi Bankın ərazi idarələrinə, ölkədə fəaliyyət göstərən banklara, xarici bankların yerli filiallarına və poçt rabitəsinin milli operatoruna da müraciət etmək mümkündür.
Əli Əsədov hərbi qeydiyyatla bağlı QƏRAR İMZALADI
Vətəndaşın xəbəri olmadan onun adına kredit götürülə bilməz – Vəkil səbəbləri AÇIQLADI
Əhaliyə ŞAD XƏBƏR! - Sosial ödənişlər SABAH ödəniləcək
Avtobuslarda gedişhaqqı ilə bağlı YENİLİK - VİDEO
Taksi sürücüsü dərd dinləməyə görə pul alır - Paytaxtda qeyri-adi xidmət - VİDEO
Buraxılış imtahanına salınan suallar çətin olub? – Təhsil eksperti AÇIQLADI
Cibimizə "səssiz müdaxilə" - Bankların gizli mexanizmi
Süni intellektin dəhşətli üzü - Cinayət alətinə çevrilib?
Bakıda bu ərazilərdə söküntü olacaq - KOMPENSASİYA MƏBLƏĞLƏRİ
Bayramlar yaxınlaşdıqca bazardakı qiymətlər niyə artır? - Ekspert səbəbləri AÇIQLADI
Metroda gecikmələr və sıxlığın səbəbi nədir? - Ekspert AÇIQLADI










