İctimai nəqliyyatda kartla ödənişlərdə problem yaranıb? - RƏSMİ MƏLUMAT

Birbank son vaxtlar ictimai nəqliyyatda kartla edilən ödənişlər zamanı yaranan anlaşılmazlıqlara cavab olaraq rəsmi açıqlama yayıb. Avtosfer.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bank tərəfindən edilən müraciətdə metro və avtobuslarda həyata keçirilən təmassız ödəniş məlumatlarının bank sisteminə bəzən texniki səbəblərdən gecikmə ilə ötürüldüyü bildirilib. Məhz bu səbəbdən gediş haqqı məbləği kartdan dərhal deyil, bir müddət sonra silinə bilər. Bank müştəriləri narahat olmamağa səsləyərək qeyd edib ki, balansdan heç bir halda əlavə və ya təkrar məbləğ tutulmur, sadəcə olaraq gecikmiş tranzaksiyalar sonradan icra olunur. Açıqlamada həmçinin vurğulanıb ki, vətəndaşlar Birbank kartlarından ictimai nəqliyyatda hər hansı tərəddüd etmədən və rahatlıqla istifadə etməyə davam edə bilərlər.

İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












