İllər sürən həsrətin sonu: Növbəti köç karvanı Xocavənd şəhərinə çatdı - YENİLƏNİB

Köç karvanı Xocavənd şəhərinə çatıb, sakinlərə evlərin açarları təqdim edilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***13:41
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 206 nəfərdən ibarət 57 ailə köçüb.
***
Köç karvanı Ağdam şəhərinə çatıb, sakinlərə evlərin açarları təqdim edilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***
Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.
***
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Avtosfer.az xəbər verir ki, respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrin bir qrupu mayın 8-də Bakıdan Ağdam və Xocavənd şəhərlərinə yola salınıb.
Bu mərhələdə Ağdam şəhərinə 41 ailə - 156 nəfər, Xocavənd şəhərinə isə 57 ailə - 206 nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Rəqəmsal tədris və süni intellektin tətbiqi təhsildə yeni mərhələ yaradır - EKSPERT
Gecikdirilmiş pul vəsaitləri ilə bağlı RƏSMİ AÇIQLAMA
“Yaxşı, özünə ev tikirsən, bəs camaatın qəbri ilə nə işin var?” - VİDEO
Kimlər daha tez təqaüdə çıxa bilər? - AÇIQLAMA
Xaçmazda çuxura düşən avtomobilin zərərini kim ödəyəcək? - VİDEO
"Asfalt yoxdur, marşrut da pis vəziyyətdədir" - Kabusa çevrilən yol - VİDEO
Prezident TƏSDİQLƏDİ - Bəzi şəxslərin təhsil haqları dövlət tərəfindən ödəniləcək
Bakının bu ərazilərindəki evlər söküləcək - SƏBƏBİ AÇIQLANDI
Pensiyaçılar bu vergilərdən azaddır - Çoxları bilmir
Kür çayı daşdı - Bu ərazilər su altında qaldı - FOTOLAR
Bu binalarda evi olanların diqqətinə - 50 faizlik artım olacaq?








