İmtahanlarda zəif nəticələrin günahkarı kimdir? - AÇIQLAMA

Mövcud vəziyyətdə zəif nəticələrin əsas səbəbi müəllimlərin yanaşmasıdırmı və bu problemin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Sfera"ya açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu gün dünyanın müxtəlif ölkələrində fərqli sistemlər və modellər tətbiq olunur.
Millət vəkilinin sözlərinə görə, ən uğurlu modellərdən biri məhz Azərbaycanda tətbiq edilən imtahan modelidir:
“Ümumiyyətlə, bu prosesi tənzimləmək çox çətin və mürəkkəbdir. Burada söhbət şəffaflığın təmin olunmasından və neqativ halların qarşısının alınmasından gedir. Düşünürəm ki, hazırkı sistemimiz bu proseslərin qabağını almaq üçün bizə kifayət qədər imkanlar yaradır. İmtahan məsələsindən həmişə narazılıq olacaq, fərqli baxışlar, yanaşmalar ortaya qoyulacaq və müzakirələr gedəcək. Amma burada ən önəmli məsələlərdən biri belə problemlərin müzakirə yolu ilə həllidir. Hər halda, hesab edirəm ki, Dövlət İmtahan Mərkəzinin rəhbəri əlində olan faktlara və məlumatlara əsasən öz mövqeyini bildirib”.

Millət vəkili mövcud vəziyyətdən çıxış yolunu da təklif edib:
“Dövlət İmtahan Mərkəzi bu cür tənqidləri dinləməli, onları araşdırmalıdır. Qurum təhsil ekspertləri və bu sahədə çalışan insanlarla birgə müxtəlif müzakirələr apararaq narazılıqların aradan qaldırılması üçün müəyyən işlər görməlidir. Əgər ortada bir narazılıq varsa, onun dinlənilməsinə, araşdırılmasına və həllinə yönəlmiş addımlar atılmalıdır. Qarşılıqlı ittihamlar bu məsələdə çıxış yolu deyil. Əsas çıxış yolu müzakirə, anlaşma və konkret tədbirlər vasitəsilə bu prosesə töhfə verməkdir”.
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat










