İnfarktın aylar əvvəldən bəlli olan bəzi əlamətləri

Ürək tutması tez-tez qəfil bir hadisə hesab edilsə də, bəzi insanlarda aylar əvvəl müxtəlif simptomlarla özünü göstərə bilər.
Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, kardioloq professor Okay Abacı infarktın daha əvvəldən özünü göstərən simptomlarını açıqlayıb.
Abacı ürək tutmalarının çox vaxt ürəyə qan verən koronar arteriyaların qəfil tıxanması səbəbindən baş verdiyini deyib. Onun sözlərinə görə, xüsusilə də gərginliklə baş verən sinə ağrısı vacib bir xəbərdarlıq əlaməti ola bilər:
"Bu ağrı tez-tez sinənin mərkəzində təzyiq və ya sıxılma kimi hiss olunur. Çox hərəkət zamanı yaranan və istirahətlə keçən sinə ağrısı koronar arteriyaların mümkün daralmasının əhəmiyyətli bir göstəricisidir".
Həkim bəzi xəstələrdə ağrının çənəyə, sol qola, çiyinə və ya belinə yayıla biləcəyinə diqqət çəkib:
“Bunlarla yanaşı, nəfəs darlığı, yorğunluq, tərləmə və ürəkbulanma kimi simptomlar da ürək-damar xəstəliklərinin xəbərçisi ola bilər”.
Abacı ürək tutmalarının həmişə açıq simptomlarla özünü göstərmədiyini, xüsusilə diabet xəstələrində "səssiz ürək tutması" adlanan bir vəziyyətin baş verə biləcəyini qeyd edib. O, diabetli bəzi insanlarda ürək tutmasının əhəmiyyətli bir sinə ağrısı olmadan belə inkişaf edə biləcəyini ifadə edib.
Professor risk qrupundakılar üçün müntəzəm kardioloji müayinələrin böyük əhəmiyyət daşıdığını vurğulayıb:
“Siqaret çəkmək, yüksək təzyiq, yüksək xolesterol, diabet, oturaq həyat tərzi və artıq çəki ürək tutması riskini artıran əsas amillər arasındadır. Sağlam qidalanma, müntəzəm idman və risk faktorlarının nəzarətdə saxlanılması ürək sağlamlığının qorunmasında çox vacibdir”.
Kardioloq sinə ağrısı kimi simptomları gözartə etməməyi məsləhət görür. O deyir ki, xüsusilə də fiziki gərginliklə təkrarlanan şikayətlər olarsa dərhal həkimə müraciət edilməlidir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












