İşdən əsassız çıxarıldığını deyən vətəndaşdan QALMAQALLI İDDİA - VİDEO

Vətəndaş Tural Əsgərov "Aura Məişət Texnikası" şirkətində işlədiyi dövrdə əmək hüquqlarının pozulduğunu iddia edir. Avtosfer.az Baku TV-yə istinadən xəbər verir ki, o, uzun illər əmək müqaviləsi bağlanmadan çalışdırıldığını və işdən əsassız çıxarıldığını bildirir. "2016-cı ildən "Aura Məişət Texnikası" adlı şirkətdə çalışmışam. 2024-cü ilə qədər əmək müqaviləsi olmadan işləmişəm. Dəfələrlə müqavilə bağlamağı tələb etsəm də, hər dəfə vaxtı uzatdılar. 2024-cü ildən rəsmi işçi kimi fəaliyyətimi davam etdirdim. Lakin sonradan müqaviləmə birtərəfli qaydada xitam verildi və heç bir səbəb göstərilmədi. Sonra mənə 1 092 manat maaş veriləndə hesablamanın düzgün aparılmadığını bildirərək məzuniyyət pulumun da verilməsini tələb etdim. Bir həftə sonra mühasibatlıqdan əlaqə saxlayıb məzuniyyət pulumu götürməyimi istədilər. Oraya getdikdə xanımlar bildirdilər ki, şirkətin Azərbaycandakı icraçı direktoru Səməd bəy deyib: "Əgər Dövlət Sosial Müdafiə Fonduna rəsmi işləmədiyiniz dövrlə bağlı verdiyiniz izahatı geri götürsəniz, 365 manat pulunuzu bərpa edib verəcəyik". Hazırda həmin 365 manat məbləği ödəməkdən imtina edirlər", - deyə T.Əsgərov bildirib.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən qeyd olunub ki, vətəndaş Tural Əsgərovun "Aura Məişət Texnikası" MMC tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı müraciəti quruma daxil olub və hazırda araşdırılır:
"Araşdırma çərçivəsində müəssisəyə müvafiq sorğular göndərilib. Tələb olunan sənədlər tam təqdim edilmədiyindən müəssisə İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi üzrə inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak etmək üçün dəvət olunub.
Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinə əsasən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxsin işə cəlb olunması qanunvericiliyin pozulmasıdır. Həmçinin faktiki əməkhaqqının düzgün rəsmiləşdirilməməsi, iş vaxtı normalarının pozulması və əmək müqaviləsinə Əmək Məcəlləsində nəzərdə tutulmayan əsasla xitam verilməsi yolverilməzdir. Əmək müqaviləsinə xitam yalnız Əmək Məcəlləsinin 70 və 71-ci maddələrində nəzərdə tutulan əsaslar və qaydalar gözlənilməklə həyata keçirilə bilər".
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA












