İcra başçıları yolları əl arabaları üçün qırlayır - FOTOLAR

Dövlət satınalmalarının vahid elektron portalında satınalma müsabiqələri barədə yerləşdirilən məlumatlardan görünür ki, yerli icra hakimiyyətləri keçirdiyi tenderlər əsasən yol təmiri ilə bağlı olur. Adətən bu tenderlərdə satınalma predmetlərinin maliyyə dəyəri iri məbləğlərlə ölçülür. Lakin reallıq ayrılan vəsaitlərlə uyğunsuzluq təşkil edir. Yəni, bölgələrdən gələn məlumatların təhlili yol təmirlərində məbləğlərin şişirdiliyinə şübhələri artırır. Yaxud, təmir işləri keyfiyyətli aparılmır.
Sosial şəbəkədə söyüş söyüb soyunanlar cəzalanacaq - Prezident qanunu təsdiqlədi
Bu da ayrılan vəsaitlərin taleyi barədə müəyyən suallar yaradır. Məsələn, götürək Beyləqan Rayon İcra Hakimiyyətini. İcra başıçı Əziz Əzizovun Beyləqan şəhər Nümayəndəliyi ötən ilin dekbarında iki satınalma müsabiqəsinə yekun vurub. Müsabiqələrin birində Beyləqan şəhər küçələrinin abadlaşdırılması, digərində isə yolların təmiri nəzərdə tutulur. Hər iki tender üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 617 163,82 manatdır. Beləliklə, aydın olur ki, Beyləqanda küçələrin (əslində bu da yol təmiridir) və yolların təmirinə 617 163 min manat xərclənib. Layihəni icra edən şirkətlər isə "Baku Building” MMC və "Proqress İnşaat EN” MMC-dir.
Avtosfer.az "Qaynarinfoy"a istinadən xəbər verir ki, hər iki şirkət satınalma müsabiqələrində fəal iştirak edir. Bəzən mediada bu şirkətlər "tender kralı” kimi təqdim olunur və onların satınalma müsabiqələrində şəffaf şəkildə qalib seçilmələri şübhə altına alınır. Beyləqandan daxil olan məlumatlarda hazırda rayonda yolların təmir olunduğu bildirilir. Lakin təmir işlərinin keyfiyyətli şəkildə görüldüyündən əminliklə danışmaq çətindir.
Bu, təmir işlərini əks etdirən fotolardan da görünür. Təsəvvür edin, hətta ağacların dibləri belə asflatlanıb.
Görəsən, icra hakimiyyəti bundan sonra həmin ağacların necə suvarılacağını düşünübmü?
Oxşar hal Qobustanda da müşahidə edilir. Fotolar rayonda yolların təmirinin kosmetik xarakter daşıdığını deməyə əsas verir. Görüntülərdə yolların sadəcə hamarlanmış torpağn üzərinə asfalt çəkildiyi əks olunur. Bu isə çəkilən yolun keyfiyyəti barədə suallar yaradır. Yeni çəkilən yoldan adicə arabanın belə, rahatlıqla keçməsi mümkün görünmür.
Hər iki rayonda aparılan yol təmiri ilə bağlı fotoları təqdim edirik:
Qobustan rayonu

Qobustan rayonu

Beyləqan

Beyləqan

Beyləqan rayonu

Xəzər dənizi sürətlə kiçilir - Narahatedici rəqəmlər
Şamaxıda lavanda həvəsi cib yandırır: Giriş 8 manatdır - FOTO
Avropadakı rekord istilər Azərbaycana da gələcək?
Metronun Bənövşəyi xətti üzrə yay qrafikinə keçilir
Baş nazir QƏRAR İMZALADI
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
Tezliklə maaşlar artırıla bilər - Əhaliyə sevindirici xəbər
Bu şəxslər hərbi xidmətə çağırılır - İyulun 1-dən
Şamaxıda torpaq sürüşməsi oldu - Yollar yararsız hala düşdü - VİDEO
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - VİDEO
Bakıda kabusa çevrilən küçə: "Qəzalar olur, baxan yoxdur" - VİDEO










