İnsanların “canından çıxarılan” 1 manat – Nə etməli?

Azərbaycanda elektrik enerjisi və təbii qaz üzrə aylıq sabit tariflərin tətbiqi cəmiyyətdə ciddi suallar və narazılıqlar yaradıb. Xüsusilə əhali və məişət istehlakçıları üçün qaz üzrə müəyyən edilən 1 manatlıq sabit ödəniş, istehlakdan asılı olmayaraq hər ay məcburi şəkildə tutulacaq. Rəsmi qurumlar bu addımı “ədalətli bölgü” və “infrastruktur xərclərinin qarşılanması” ilə əsaslandırsalar da, vətəndaşların böyük hissəsi bunun sosial baxımdan ədalətsiz və hüquqi cəhətdən mübahisəli olduğunu düşünür. Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı “Nocomment.az”a danışan hüquqşünas Natiq Ələsgərov hesab edir ki, sabit tarifin tətbiqi istehlakçı hüquqları baxımından ciddi problemlər yaradır.
Onun fikrincə, kommunal xidmətlərin əsas prinsipi “istifadə qədər ödə” modelinə söykənməlidir:
“Vətəndaş qazdan istifadə etmirsə, yaxud çox az istifadə edirsə, ona sabit ödəniş tətbiq olunması faktiki olaraq xidmət göstərilməyən bir məhsula görə pul tələb edilməsi deməkdir. Bu isə istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin ruhuna ziddir. Dövlət vətəndaşa yalnız real göstərilmiş xidmətə görə ödəniş yükləyə bilər. İnfrastrukturun saxlanılması, sistemin idarə olunması kimi xərclər isə tariflərin tərkibində, şəffaf şəkildə hesablanmalı və istehlak həcmi ilə əlaqələndirilməlidir”.
Natiq Ələsgərovun sözlərinə görə, sosial dövlət anlayışı da bu məsələdə nəzərə alınmalıdır:
“Aztəminatlı ailələr, tənha yaşlılar, regionlarda mövsümi istifadə edən vətəndaşlar faktiki olaraq qazdan az yararlansalar da, hər ay sabit ödəniş verməyə məcbur qalacaqlar. Bu isə sosial ədalət prinsipinə uyğun gəlmir. Hüquqi baxımdan, bu cür məcburi ödənişlərin tətbiqi geniş ictimai müzakirə və alternativ mexanizmlər olmadan həyata keçirilməməli idi”.
İqtisadçı ekspert Əkrəm Həsənov isə məsələyə iqtisadi prizmadan yanaşaraq bildirib ki, sabit tariflər əslində xidmət göstərən qurumların maliyyə risklərini və idarəetmə problemlərini vətəndaşın üzərinə ötürmək məqsədi daşıyır.
Onun fikrincə, normal bazar iqtisadiyyatında şirkətlər öz xərclərini səmərəlilik, texnoloji yeniliklər və düzgün idarəetmə yolu ilə azaltmağa çalışmalıdır. Azərbaycanda isə bu yük birbaşa abonentlərin üzərinə qoyulur:
“1 manatlıq sabit ödəniş ayrı-ayrılıqda kiçik məbləğ kimi görünsə də, milyonlarla abonent nəzərə alındıqda, bu, şirkətlər üçün böyük və təminatlı gəlir mənbəyinə çevrilir. Bu da xidmət keyfiyyətinin yüksəldilməsinə deyil, rahat gəlir əldə etməyə stimul yaradır. Belə mexanizm rəqabətsiz mühitdə daha da təhlükəlidir, çünki istehlakçının alternativ seçimi yoxdur və o, məcburi şəkildə bu ödənişi etməlidir. Sabit tariflər xüsusilə az istehlak edən və enerjiyə qənaət edən vətəndaşları cəzalandırır. İnsanlar qənaət etsələr də, istifadə etməsələr də, eyni məbləği ödəməli olacaqlar. Bu isə enerji səmərəliliyi siyasətinə ziddir”.
Veteran pulu ARTIRILACAQ?
Alimlərdən qlobal iqlim fəlakəti barədə XƏBƏRDARLIQ
Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət – Bakıda 15 minə...
Vətəndaşlar şəxsi avtomobildən imtina edirlər - Buna səbəb nədir?
Prezident təqaüdü kimlərə və nə qədər verilir? - SİYAHI
Süni intellektlə saxta materiallar hazırlayıb YAYANLARIN NƏZƏRİNƏ - VİDEO
Sel Ağdam və Ağcabədi kəndlərini birləşdirən yolu dağıtdı; nəqliyyat əlaqəsi kəsildi - FOTO
Həmin sürücünün toy maşını avtobus oldu - VİDEO
Dərin çalalar maşınlara ziyan vurur - Biabırçı vəziyyətdə olan yol - VİDEO
Bakı sakinlərinə ŞAD XƏBƏR – 22 il sonra ilk yaşanır
"Xırdalandan keçib evə çatmaq mümkün deyil" - QHT sədri










