Keçilməz yolları olan qəsəbə - Palçıq, gölməçə, çuxur ... - VİDEO

Abşeron rayonunun Qobu qəsəbəsində yolların keçilməz vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Qeyd olunub ki, xüsusilə yağıntılı hava şəraitində yollar palçıqla örtülür, gölməçələr əmələ gəlir, nəticədə nəqliyyat vasitələrinin və piyadaların hərəkəti çətinləşir.
"Yollar keçilməz vəziyyətdədir. Bir çox ərazilərdə vətəndaşlar öz vəsaitləri hesabına müəyyən işlər görməyə çalışıblar, amma aidiyyəti qurumlar tərəfindən hər hansı addım atılmır", - deyə şikayətdə qeyd olunur.
Abşeron Rayonu İcra Hakimiyyətindən bildirildi ki, sözügedən ərazilər Səməd Vurğun və Səməd Ağamalıoğlu küçələridir:
"Kommunal xidmət qurumları tərəfindən həmin küçələrdə müvafiq təmir işləri aparılıb. Təmir işləri başa çatandan sonra havaların düzəlməsi gözlənilir ki, əraziyə asfalt vurulsun. Yağmurlu hava şəraiti bitdikdən sonra asfalt vurulması üçün əlverişli olduğu zaman sözügedən küçələr əvvəlki formasına qaytarılacaq".
Sosial şəbəkələrdə “arıqladıcı şokolad” satışa çıxarılıb; xəstəlik mənbəyidir – QİDA EKSPERTİ
Ticarətdə nağd ödəniş vergidən yayınma fürsəti yaradır – NATİQ CƏFƏRLİ
Nəqliyyat yükünün bir-iki küçəyə yönəlməsi Bakıda tıxacları artırır – EKSPERT
Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA - VİDEO
Azərbaycanda qaz istehlakı azalıb; bu yaxşıdır, yoxsa pis? – Ekspert AÇIQLADI
"Kupça" almaq istəyənlərə ŞAD XƏBƏR - 15 günə veriləcək
Ağsaqqal və ağbirçək anlayışları cəmiyyət üçün sosial şəbəkə kontentinə çevrilir - SOSİOLOQ
İş dəftərləri artıq müasir təhsilə uyğun deyil - EKSPERT
Avtobuslar dağılır, şəxsi maşınlar təhlükə yaradır... - Sabunçunun qorxunc yolları - VİDEO
Çörək bahalaşdı - 1 manat 10 qəpik - FOTO
Bu şəxslərin pensiyası 632 manata ÇATACAQ











