Kirayə evlərin qiyməti daha da artacaq

Kirayə mənzil bazarındakı qiymətlər durmadan artır. Əvvəllər təkcə avqust-sentyabr ayında qiymətlərin kəskin bahalaşdığını görürdüksə, indi demək olar ki, bütün aylarda bahalıq müşahidə olunur.
Bəs görəsən, kirayə evlərin qiymətinin artmasının səbəbi nədir? Daha da artım yaxud enmə gözlənilirmi? Bu hansı halda mümkündür?
Avtosfer.az-ın məlumatına görə, Rieltorlar Assosiasiyasının sədri, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Lent.az-a açıqlamasında bildirib ki, yaxın illərdə vətəndaşlar əlçatan qiymətə kirayə mənzil tapa bilməyəcəklər:

“Kirayə mənzil bazarında ciddi qiymət artımının bir çox səbəbləri var. Mənzillərin kirayə qiymətləri onların satış qiymətinin 0,5 faizi ilə ölçülür. Yəni bir mənzilin qiyməti 100 min manatdırsa, onun ortalama aylıq kirayə qiyməti 500 manat olaraq hesablanır.
Son 6-7 ilin statistikası göstərir ki, əmlak bazarındakı ciddi qiymət artımı kirayə haqlarının da yüksəlməsinə səbəb olub. Bununla yanaşı paytaxtdakı köhnə çoxmənzilli binaların və fərdi evlərdən ibarət olan yaşayış massivlərinin sökülməsi həmin ərazilərdə olan mənzillərin kirayə bazarından çıxmasına səbəb olub. Bakı şəhərinin Baş planına əsasən, 2040-cı ilə qədər paytaxt ərazisində yüzlərlə köhnə çoxmənzilli yaşayış binaları və fərdi evlərdən ibarət yaşayış massivlərinin sökülməsi onu deməyə əsas verir ki, yaxın gələcəkdə vətəndaşlar üçün Bakıda əlçatan qiymətə kirayə mənzillər olmayacaq. Sökülən hər köhnə çoxmənzilli binaların yerində inşa olunan yeni tikililərin kirayə qiymətləri köhnələrdən 2 dəfəyə qədər baha qiymətə təklif olunur. Təkcə kirayə qiymətləri yox, eləcə də köhnə binaların yerində tikilən yeni mənzillərin də qiymətində kəskin artım olacaq.
Evləri sökülən köhnə çoxmənzilli binaların sakinləri yeni tikililərdən onlara mənzil verilən günə qədər, ortalama 3 il müddətində kirayəyə çıxmalı olurlar. Bu da mənzillərin böyük bir hissəsinin paytaxt sakinləri tərəfindən kirayələnməsinə səbəb olur.
Kirayə mənzil bazarında əsas rol oynayan tələbələrdir. Tələbə yataqxanalarının sayının həddindən çox az olması, hətta bəzi ali təhsil müəssisələrinin ümumiyyətlə yataqxanalarının olmaması səbəbindən bölgələrdən gələn tələbələr məcburən kirayə mənzillərə üz tuturlar. Bir zamanlar bütün universitetlərin, hətta peşə müktəblərinin belə məktəbləri var idi. Birinci Qarabağ müharibəsindən sonra həmin yataqxanalarda əlacsızlıqdan məcburi köçkünlər məskunlaşdılar. Hazırda dövlət tərəfindən məcburi köçkünlərin hər biri mənzillə təmin olunub. İşğaldan azad olunan ərazilərdə bərpa-tikinti işləri bitdikcə, mərhələli şəkildə məcburi köçkünlər öz yurdlarına geri dönürlər.
Həmin yataqxanalar yaşayış üçün yararsız olsa da, onların yerləşdiyi ərazilər, torpaq sahələri universitetlərə yaxın məsafədə olduğu üçün onlar sökülərək yerində daha müasir, hündürmərtəbəli tələbə yataqxanalarının inşası tələbələrin mənzil probleminin böyük bir qismini aradan qaldırmış olar. Əlbəttə, tələbələrin problemi həll olduqdan sonra isə paytaxtda kirayə mənzillərə tələbat azala bilər. Bu isə qiymətlərin qismən enməsinə gətirib çıxara bilər”.
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR












