Köç karvanı Ağdam şəhərinə çatıb: Mənzillərin açarları təqdim olundu - YENİLƏNİB

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, ailələrə mənzillərin açarları təqdim olunub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Bu mərhələdə Ağdam şəhərinə köçən 419 nəfərdən ibarət 120 ailəyə mənzillərin açarları təqdim edilib.
***09:23
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Avtosfer.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 120 ailə - 419 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Azərbaycanda gediş haqqı sistemi dəyişə bilər - BELƏ OLACAQ
Taksiyə 375 manat icbari sığorta haqqı niyə gəlib? - AÇIQLAMA
Küçə itləri şagirdlərə hücum etdi - Təhlükəli vəziyyət - VİDEO
"Bunlar səhər qazır, axşam da asfalt vurur" - Ona görə də ... - Elməddin Muradlı
Paytaxtda daha 5 yolda təmir işləri aparılacaq - Sürücülərin diqqətinə!
Bu marşrutda gedişhaqqı azaldılıb? - FOTOFAKT
Bulud dağıdan toplardan niyə istifadə etmirik? - Axırıncı dəfə Sovet dövründə...
Üstünlüyün piyadalarda olduğu şəhər modeli hansı prinsiplərə əsaslanır? - VİDEO
Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? - Çexiya təcrübəsi öyrənilir
Azərbaycanda kommunal xidmətlər yenidən bahalaşacaq? - VACİB AÇIQLAMA
Bu sahədə işləyənlər 4000 manatdan çox maaş alırlar - SİYAHI










