Köhnə avtobus, köhnə PROBLEM - 161 nömrəli avtobus yenə yolda QALDI – VİDEO

Hövsan sakinləri yenə eyni problemlə üzləşiblər. Hövsan-Suraxanı istiqamətində hərəkət edən 161 nömrəli marşrut avtobusu ötən gün axşam saatlarında növbəti dəfə yolda qalıb. Texniki nasazlıq səbəbilə sərnişinlər yolda düşürülüb və marşrut fəaliyyətini davam etdirə bilməyib.
Avtosfer.az xəbər verir ki, bu barədə Bizim.Media-ya sərnişinlər məlumat verib.
Onların sözlərinə görə, bu, nə birinci haldır, nə də sonuncu olacaq.
Çünki illərdir istismar olunan köhnə avtobuslar tez-tez sıradan çıxır, sürücülər və sərnişinlər isə hər dəfə eyni ssenarini yaşamaq məcburiyyətində qalırlar. İstismarda olan avtobusun texniki baxımdan yararsız olması, sərnişin tələbatını ödəməməsi azmış kimi interval problemindən lap təngə gəliblər.
“Səhər işə gecikirik, axşam isə evə qayıtmağa avtobus tapmırıq. Dayanacaqda 45 dəqiqə - 1 saat avtobus gözləmək nə deməkdir? Hər gün eyni vəziyyətdir. Hələ avtobusun öz vəziyyətindən danışmıram. Ətraf qəsəbədəyik, deyə əziyyət çəkməliyik? Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi dəfələrlə avtobus parkının yeniləndiyini, Bakıətrafı qəsəbələrdə qalan yararsız avtobusların xətdən çıxarılacağını bəyan edir. Niyə 161-lə bağlı problem həll olunmur.
Şikayət etməkdən yorulmuşuq. Axşam da yarı yolda qoydu bizi, sürücüyə deyirik ki, pulumuzu qaytar, bizi mənzilbaşına çatdırmamısan. Vecinə deyil. Əslində sürücülər özləri də köhnə avtobus idarə etməkdən beziblər”, - deyə sərnişin Zümrüd Əliyeva deyib.
Qeyd edək ki, bu marşrutla bağlı illərdir şikayətlər səsləndirilsə də, nəticə yoxdur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daha əvvəl dəfələrlə bu istiqamətdə yeni və müasir avtobusların veriləcəyi vəd edilsə də, proses uzanmaqda davam edir.
Əhalisi artmaqda olan Hövsan və ətraf ərazilərdə ictimai nəqliyyatın vəziyyəti narahatlıq doğurur. Marşrutların sayı az, avtobuslar isə köhnə və baxımsızdır. Sakinlər isə artıq səbrlərinin tükəndiyini və məsul qurumlardan konkret addımlar gözlədiklərini deyirlər.
Məsələ ilə bağlı AYNA-ya sorğu göndərilib.
Özbaşına tikilən evlər sənədləşdiriləcək? - Ekspertlər danışdı - VİDEO
"Gediş-gəliş mümkün deyil, batırıq" - Biləcəridə yol problemi - VİDEO
Hamının dilinin əzbəri olan “uşaqlıq travması” əslində nədir? - Psixoloq AÇIQLADI
Tələbələr üçün verilən endirim kartları gənclərin işinə nə qədər yarayır? – Ekspert AÇIQLADI
İnstaqramdakı səhifədən planşet alan şəxs aldadılıb təhdid edildi – ŞİKAYƏT - FOTO
"Nə təcili yardım gəlir, nə taksi" - Asfalt üzünə həsrət qalan kənd - VİDEO
Birləşmiş Krallıqda nə baş verir? Niyə bu ölkə 19 ildə 7 baş nazir dəyişib? – AÇIQLAMA
Metroda xətlərin ayrılması prosesində sərnişinlərə gediş haqqı güzəşti ola bilərmi? - AÇIQLAMA
Uşaqlarda boy artımı niyə ləngiyir? Genetika, yoxsa xəstəlik? - Pediatrdan AÇIQLAMA
Əlilliyi olan şəxslərin əl işləri bu saytda satışa çıxarılacaq – RƏSMİ AÇIQLAMA - VİDEO
Sakinləri çıxılmaz vəziyyətə salan yol – Bu cür yaşayış olmaz - VİDEO











