Kommunal xidmətlərin qiymətinin azaldılması ilə bağlı təklif - VİDEO

Ölkənin müxtəlif bölgələrində yaşayan sakinlər kommunal xərclərin yüksək olmasından və bu ödənişləri qarşılamaqda çətinlik çəkdiklərindən şikayətlənirlər.
Avtosfer.az xəbər verir ki, sakinlərin bir qismi İctimai TV-yə açıqlamalarında xərcləri azaltmaq məqsədilə qazla yanaşı odun sobasından da istifadə etdiklərini bildiriblər.
Onların sözlərinə görə, kənd yerlərində hava şəraiti şəhərlərlə müqayisədə daha sərt keçir. Bu səbəbdən qaz sərfiyyatı artaraq müəyyən edilmiş limiti aşır və nəticədə ödənişlərin məbləği ailə büdcəsi üçün ciddi problemə çevrilir. Belə hallarda ailə üzvləri bir otaqda toplaşaraq odun sobası vasitəsilə isinməyə məcbur qalırlar.
Bəzi sakinlər yaranmış vəziyyətdən çıxış yolunu iri şəhərlərə köçməkdə görürlər.
Məsələ Milli Məclisdə də müzakirə olunub. Deputatlar bildiriblər ki, bu cür hallar şəhərlərin həddindən artıq yüklənməsinə səbəb olur və problemin həlli üçün xüsusi dövlət proqramı hazırlanmalıdır.
Deputatların fikrincə, atılacaq addımların əsas istiqamətlərindən biri məhz kommunal xərclərin azaldılması olmalıdır.
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA












