“Kupça” ala bilməyənlərin diqqətinə - YENİ İLDƏ ŞAD XƏBƏR - VİDEO

Bu il 500 mindən çox çıxarışsız ev sənədləşdirilə bilər. Avtosfer.az xəbər verir ki, 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq ili" elan edilməsi uzun illərdir müzakirə olunan plansız və sənədsiz evlər, riskli zonalarda olan tikililərin aqibətini yenidən gündəmə gətirib.
Millət vəkili Jalə Əliyevanın sözlərinə görə, proses həm də ölkə büdcəsi üçün müsbət haldır, çünki qeydiyyata alınan və sənədləşdirilən torpaq sahələri və evlərin sahibləri vergi ödəyicisi olacaqlar:
"İlk növbədə, qeyri-yaşayış sahələrinə bu istiqamətdə sənədlərin verilməsinə başlanılıb. Amma 2026-cı ildə məhz yaşayış sahələrinə sənədlərin verilməsi istisna deyil".
Qiymətləndiricilər cəmiyyətinin sədri Vüqar Oruc isə deyib ki, bu say 500 mindən çox da ola bilər.
Onun sözlərinə görə, hazırda sənədsiz evlərlə bağlı ən böyük problemlərdən biri qeyri-yaşayış təyinatlı sahələrdə tikilənlərdir. Bununla bağlı isə dünya təcrübəsinə uyğun olaraq əmlak amnistiyası gözlənilir. Bu isə o deməkdir ki, torpaq sahəsinin təyinatını dəyişməklə həmin mənzillərə və ya obyektlərə də sənəd verilə bilər.
Etibarnamə ilə torpaq alanları hansı risklər gözləyir?
Bakıda güclü yağış fəsadlar törətdi: Bəzi əraziləri su basdı - VİDEO
Gecikdirilən təqaüdlər tələbələrə faizlə qaytarılacaq?
Raket zərbələri zəlzələ ocaqlarını oyadır - SENSASİON AÇIQLAMA
Regionlarda minlərlə ev sənədsiz qalıb: Ciddi problem böyüyür - VİDEO
Bakının ən rahat iş tapılan rayonları - SİYAHI
Bakının mərkəzində yeni təmir olunan yol çökdü: Təhlükə yarandı – FOTO - VİDEO
Bu halda pensiyanız kəsilə bilər – Sürücülük vəsiqəsi ilə əlaqəlidir
Bakıda kirayə qiymətləri son bir ildə niyə çox artıb? - VİDEO
"Həzi Aslanov" nə vaxt açılacaq? - RƏSMİ
Bakı buxtası ilə bağlı həyəcan siqnalı - Xəzər çəkilir - FOTOLAR










