Kürdəxanı sakinlərinin etirazına səbəb olan yol - VİDEO

Sabunçu rayonunun Əjdər Məlikov küçəsində aparılan təmir işlərindən sonra ərazidə vəziyyətin çətinləşdiyi bildirilir.
Sakinlər qeyd edirlər ki, təmir işlərindən sonra sözügedən yolda işıqforun olmaması məktəblilərin yolu təhlükəsiz şəkildə keçməsinə mane olur.
Digər bir problem isə küçədəki işıqların kəsilməsidir. Bu səbəbdən xüsusilə axşam saatlarında təhlükə daha da artır.
Bundan başqa, dayanacağın yerinin dəyişdirilməsi də vətəndaşların hərəkətini çətinləşdirib. Sakinlərdən biri vəziyyəti belə şərh edib:
"Saatda 80-90 km sürətlə maşınlar gəlir, yolu keçmək mümkün deyil. Bizim burada şüşəli dayanacağımız var idi. Əsaslı təmirdən sonra onu ləğv etdilər. Camaat uşağını məktəbə aparıb-gətirir, bu zaman yağışın altında qalırlar. Dayanacağı sakinlərin olmadığı bir yerə, uzağa aparıb qoyublar".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Maaşlar yeni qaydada hesablanacaq — Kimlərə aiddir?
Bakı bir gecədə niyə boşaldı? – Paytaxtı “xilas” etməyin yolları açıqlandı
"Pulunu yedilər, buranı düzəltmədilər" - Yol problemi - VİDEO
Bu məmurların maaşları artırıldı - SİYAHI
Müəllimlərin sosial rifahı nə vaxt yüksələcək? - Mövcud VƏZİYYƏT AÇIQLANDI
Bakıda kirayə mənzil qiymətləri yüksəlib – İqtisadçı səbəblərdən danışdı
Kitabı tonqala atmaq mədəniyyətə qarşı açıq hücumdur - SOSİOLOQ
Əhalinin sosial vəziyyəti necə dəyişir? - Yaşayış xərcləri bu cür artır...
Autizmli uşağın doğulmasında hamiləlik zamanı ananın çips yeməsi də səbəb ola bilər - PSİXOLOQ
Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə
Fitrə zəkatı nə vaxt və nə qədər verilməlidir? - VACİB AÇIQLAMA










