Lənkəranın daxili yolları niyə bu vəziyyətdədir? - RƏSMİ AÇIQLAMA - FOTO

Lənkəran şəhərinin daxili yollarında asfalt örtüyünün deformasiyaya uğraması sürücülərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya şəhər sakinləri müraciət edib.
Vətəndaşlar bildirib ki, şəhər mərkəzində asfaltın qabarması və çökmələr nəqliyyatın hərəkətini çətinləşdirir: “Yol örtüyündəki çökəkliklər başlıca problemdir. Demək olar ki, bu yolda avtomobil sürmək mümkün deyil. Asfalt həm nəqliyyat vasitələrinə ziyan vurur, həm də qəza riskini artırır”.
Sakinlərin sözlərinə görə, bu problemlərə səbəb yolun uzun illərdir baxımsız vəziyyətdə qalmasıdır: “Asfalt örtüyü keyfiyyətsizdir, uzun müddətdir heç bir təmir, bərpa işi aparılmır. Belə olduqda yağışlı havalarda suyun yol örtüyünün alt qatına sızması asfaltın tez sıradan çıxmasına gətirib çıxarır. Bunlarla yanaşı, yol kənarındakı kanalizasiya xətləri də işləmir. Çətinliyini isə biz sürücülər çəkirik. Aidiyyəti qurumlardan bu problemin tezliklə həll yolunu tapmasını tələb edirik”.
.png)
Məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, Lənkəran rayonunun yol infrastrukturunun yaxşılaşdırılması, yollara yeni asfalt örtüyünün döşənməsi istiqamətində işlər görülür: “Şəhər İcra hakimiyyəti tərəfindən təmirə ehtiyacı olan bütün yolların siyahısı müəyyənləşdirilib və aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi məktubla müraciət olunub. Eyni zamanda hər il icra hakimiyyətinin büdcəsindən ayrılan vəsaitə uyğun olaraq şəhərin təmirə ehtiyacı olan küçələrinin asfaltlanması növbəlilik əsasında həyata keçirilir. Belə ki, ötən il 8 küçəyə yeni asfalt örtüyü döşənib, cari ildə də 20-dən çox küçədə asfaltlanma işlərinin, habelə bir sıra küçələrdə cari təmir işlərinin aparılması nəzərdə tutulur.

Bildiririk ki, “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində kanalizasiya sisteminin yaradılması işlərinə yaxın müddətdə başlanılacaq. Layihəyə uyğun olaraq işlər yekunlaşan kimi ərazinin asfaltlanması həyata keçiriləcək. Buna baxmayaraq, sakinlərimizin və eləcə də avtomobillərin rahat hərəkətini təmin etməkdən ötrü prospektdə asfalt qatında yaranan deformasiyanın aradan qaldırılması üçün cari təmir işlərinin aparılması nəzərdə tutulur”.
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat
Azərbaycanda gender bərabərliyi məsələsində dövrün trendi başa çatıb? – AÇIQLAMA
Sürücüləri canından bezdirən yol - VİDEO
Həyətdə od qalayanların NƏZƏRİNƏ! - Cəriməsi var
“Cəbiş müəllim”in qızından “Rabitəbank”a etiraz - “Bizdən razılıq alınmayıb”
Bu şəxslərin pensiyası artırıldı
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı
Dostlarla əyləncə faciəyə çevrilir - Dənizdə vəfat riskini artıran vərdiş
Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır
Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ
Avtobus yük maşınına çırpıldı: Zərəri hansı sığorta ödəyəcək?










