“Lukoil”da sürücüləri belə aldadırlar - DİQQƏTLİ OLUN!

Binə-Sədərək yolunda yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsində (YDM) müştərilərin cibinə girirlər.
Avtosfer.az xəbər verir ki, bu barədə sözügedən YDM-dən benzin alan müştəri Xalid Əsədov sosial şəbəkədə yazıb. O bildirib ki, bu məntəqədə ödəniş zamanı kartdan çox pul çıxırlar
Şikayətçinin sözlərinə görə, günorta saatlarında YDM-də avtomobilinə “polno bak” (tam doldurma) etməyi xahiş edib. 41 manatlıq yanacaq doldurulub, daha sonra əlavə 2 manatlıq benzin vurulması üçün müraciət edib. Ödənişin ümumi məbləği 43 manat olub və o, ApplePay vasitəsilə ödəniş edib.
Lakin YDM-dən uzaqlaşarkən telefonuna bildiriş gəlib və kartından 48 manat çıxıldığını görüb. Şikayətçi dərhal geri qayıdaraq işçiyə yaxınlaşıb. İşçi səbəb izah etmədən ona 5 manat qaytarıb və bunun “səhv qeyd” olduğunu bildirib:
“Bunlar rayon yolu olduğunu da nəzərə alıb, müştərinin geri qayıtmayacağını düşünüb bu yola əl atırlar”.
Əsədov bildirib ki, məqsədi problemi sosial şəbəkədə paylaşmaqla digər müştərilərin bu tip hallarda diqqətli olmasına çağırış etməkdir.
Qarşı tərəfi dinləməyə hazırıq.(tribuna.info)
Kirayə müqaviləsi olmayanları nə gözləyir? - VİDEO
Ödənilən cərimələri geri almaq mümkün olacaq - Vətəndaşların nəzərinə - VİDEO
Kəndlərin boşalması və urbanizasiya: Bakının yükünü azaltmaq mümkündürmü?
Hansı avtobuslarda gedişhaqqı qalxıb? - RƏSMİ
Bunu edən şəxslər 5 min manat cərimələnəcək – Qanun qüvvəyə minir
“Əl enerjisi” ilə müalicəyə inananlar bunu bilirdimi? – Psixoloqdan AÇIQLAMA
Qadınlar daha yaxşı sürücüdür, yoxsa kişilər? - Elm son sözü dedi
Azərbaycanın 170 örnək müəllimi – ADLAR
Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
Vərəsəliklə bağlı bunları mütləq bilməlisiniz - Əgər ata vəfat edibsə, mülk bu cür bölünür
Əli Əsədov hərbi qeydiyyatla bağlı QƏRAR İMZALADI










