Mağazalara görə xaricə gedən Azərbaycan vətəndaşlarının sayı - SİYAHI

Bu ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşlarının xarici ölkələrə mağazalara baş çəkmək məqsədi ilə etdikləri səfərlərin bölgüsü məlum olub. Avtosfer.az "Valyuta.az"a istinadən xəbər verir ki, 2025-ci ilin ilk yarısında ümumilikdə 19 min 85 nəfər alış-veriş turizmi üçün xaricə üz tutub. Ən çox səfər qonşu Türkiyəyə edilib. Belə ki, 11 min 697 nəfər məhz mağazalara baş çəkmək məqsədilə bu ölkəyə yollanıb. Siyahıda ikinci pillədə Rusiya Federasiyası qərarlaşıb. Yanvar-iyun aylarında bu istiqamət üzrə 4 min 676 nəfər qeyd alınıb. Üçüncü yeri isə qonşu Gürcüstan tutur – 1 min 816 nəfər bu məqsədlə sözügedən ölkəyə səfər edib. Bundan başqa, ilk 6 ayda Birləşmiş Ərəb Əmirliklərinə mağazalara baş çəkmək məqsədilə 457, İrana 90, Qazaxıstana 79, İsrailə 76, Səudiyyə Ərəbistanına 72, Çinə 50, Almaniyaya 37, Türkmənistana 16 və Misirə isə 11 səfər həyata keçirilib.

Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq ... - VİDEO
Kirayə müqaviləsi olmayanları nə gözləyir? - VİDEO
Ödənilən cərimələri geri almaq mümkün olacaq - Vətəndaşların nəzərinə - VİDEO
Kəndlərin boşalması və urbanizasiya: Bakının yükünü azaltmaq mümkündürmü?
Hansı avtobuslarda gedişhaqqı qalxıb? - RƏSMİ
Bunu edən şəxslər 5 min manat cərimələnəcək – Qanun qüvvəyə minir
“Əl enerjisi” ilə müalicəyə inananlar bunu bilirdimi? – Psixoloqdan AÇIQLAMA
Qadınlar daha yaxşı sürücüdür, yoxsa kişilər? - Elm son sözü dedi
Azərbaycanın 170 örnək müəllimi – ADLAR
Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
Vərəsəliklə bağlı bunları mütləq bilməlisiniz - Əgər ata vəfat edibsə, mülk bu cür bölünür










