Mal əti bir az da bahalaşdı - 19-25 manat oldu - VİDEO

Son bir neçə gündə paytaxtda mal ətinin qiymətində nəzərəçarpacaq artım müşahidə olunur.
Avtosfer.az ATV-yə istinadən xəbər verir ki, həm sümüklü, həm də sümüksüz ətin kiloqramı bir-iki manat civarında bahalaşıb.
Qəssabların sözlərinə görə, hazırda sümüklü mal ətinin qiyməti 19, sümüksüzün qiyməti isə 25 manatdır. Əvvəl isə sümüklü 18, sümüksüz 23 manat idi. Səbəb isə malın az olmasıdır”.
Bölgələrdə də heyvanların qiymətində müəyyən qədər artım var. Göyçayda qəssab kimi fəaliyyət göstərən Hüseyn Verdiyev deyib ki, artım son 10 gündür müşahidə olunur: “Ot və yem bahadır. 10 ay bir dananı saxlayırlar, satanda isə əziyyətinə dəymir. Ona görə də heyvan saxlayanların sayı azalır. Bu da məhsulun azalmasına və qiymət artımına səbəb olur”.
Fermer Mürşüd Nəbiyev isə bildirib ki, otlaq sahəsi olsa da, bu da xeyli xərc tələb edir: “Bu qədər xərc tələb edirsə, qiymət də artmalıdır. Əvvəl 8-10 baş mal saxlayırdımsa, indi bu rəqəm 4-5 baş olub”.
İqtisadçılar isə ətin qiymətinin artmasını qlobal bazardakı qiymətlərlə əlaqələndirir. Bunun səbəbi isə ətin maya dəyərinin artmasıdır.
Kənd Təsərrüfatı Nazirliyindən isə qeyd edilib ki, hazırda məsələ araşdırma tələb edir.
Ətraflı videomaterialda:
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












