Masazır, Xırdalan, hətta Ceyranbatana qədər metronu uzatmaq olar - EKSPERTDƏN TƏKLİF

Bu günlərdə açıqlanan rəsmi məlumata əsasən, metronun "Nizami" stansiyasından sonra "Sahil" stansiyasının yaxınlığında da bir stansiya inşa olunacaq və qırmızı xəttə keçid olacaq. Qeyd edək ki, uzun illərdir Bakının müxtəlif istiqamətlərində yeni metro stansiyaları tikilsə də, əhalinin daha çox məskunlaşdığı Bayıl, 20-ci sahə və Bibiheybət ərazilərində metro inşa olunmur. Hansı ki, bu ərazidən səhər və axşam saatlarında "Azneft" dairəsi istiqamətinə gələn insanlar çox vaxt tıxacda qalmalı olurlar və getdiyi ünvanlara gecikirlər. Üstəlik neçə ildir ki, paytaxtın mərkəzində Formula 1 yarışları keçirilir deyə, yarışın keçiriləcəyi müəyyən vaxt ərzində "Azneft" dairəsi bağlandığı üçün qeyd olunan ərazilərdə yaşayan insanlar demək olar ki, nəqliyyatsız qalırlar. Və belə olduğu halda bu ərazilərdə də metro stansiyalarının tikintisinin vacibliyi önə çıxır.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, Bayıl, 20-ci sahə və Bibiheybət qəsəbələrində metro tikintisinə ehtiyac var:

"Sadəcə bu proqrama salınmayıb. Gələcəkdə ola bilsin ki, o məsələyə ayrıca baxılar. Xüsusən Masazır, Xırdalan, hətta Ceyranbatana qədər metronu uzatmaq olar. Mənim də təklifim var ki, Bayılın indiki sahəsində metrostansiya olsun və həmin stansiyanı Lökbatana uzadıb, oradan da Xocasənə birləşdirmək olar".
Onun sözlərinə görə, bəzən Bakı deyəndə ancaq şəhərin mərkəzi nəzərdə tutulur:
"Biz də fikirləşirik ki, bu Lökbatan da Bakının bir hissəsidir, Qaradağ rayonunun ərazisidir. Bayıl da Səbail rayonunun ərazisidir. Proqramı hazırlayanlar bir az fərqli yanaşırlar. Mərkəz deyəndə ancaq Ağ Şəhəri, "Sahil" metrosunu, "Nizami" metrosunu nəzərdə tuturlar. Amma bu tərəfləri də unutmaq olmaz. Düşünürəm ki, gələcəkdə bu məsələyə mütləq baxılmalıdır".
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq ... - VİDEO
Kirayə müqaviləsi olmayanları nə gözləyir? - VİDEO
Ödənilən cərimələri geri almaq mümkün olacaq - Vətəndaşların nəzərinə - VİDEO
Kəndlərin boşalması və urbanizasiya: Bakının yükünü azaltmaq mümkündürmü?
Hansı avtobuslarda gedişhaqqı qalxıb? - RƏSMİ
Bunu edən şəxslər 5 min manat cərimələnəcək – Qanun qüvvəyə minir
“Əl enerjisi” ilə müalicəyə inananlar bunu bilirdimi? – Psixoloqdan AÇIQLAMA
Qadınlar daha yaxşı sürücüdür, yoxsa kişilər? - Elm son sözü dedi
Azərbaycanın 170 örnək müəllimi – ADLAR
Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
Vərəsəliklə bağlı bunları mütləq bilməlisiniz - Əgər ata vəfat edibsə, mülk bu cür bölünür










