Məktəb yaxınlığında heyvan kəsim yerləri uşaqlar hansı təhlükə yaradır? – Psixoloq AÇIQLADI - VİDEO

Uşaqların gündəlik həyatında qarşılaşdıqları anlar onların həyatına və psixoloji inkişafına böyük təsir göstərir. Müəyyən yaş aralığında olan uşaqlar ətraf mühitdəki hadisələri hələ tam dərk edə bilmirlər. Onların gördükləri mənfi və zorakı görüntülər uzun müddət yaddaşlarında qalır. Zamanla da onlara şüuraltı təsir edir. Belə məqamlardan biri də məktəblərin yaxınlığında yerləşən heyvan kəsim yerləri və ət dükanlarıdır.
Bir neçə məktəbin yaxınlığında heyvan kəsim yerləri və ət dükanları fəaliyyət göstərir. Bəzi məktəbli uşaqlar bu yerlərdə canlı heyvan kəsilməsinə şahid olurlar. Uşaqların belə hadisələrə məruz qalması onlara hərtərəfli təsir bağışlayır. Məktəblərin yerləşdiyi ətraf mühitin uşaqlar üçün təhlükəsiz və sağlam olmalıdır. Çünki məktəblər onların həm psixoloji, həm də sosial inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.

Psixoloq Aygül Məlikova Avtosfer.az-a bildirib ki, məktəb yaxınlığında heyvan kəsimi prosesi və bunun uşaqlar tərəfindən canlı şəkildə müşahidə olunması psixoloji baxımdan bir neçə risk yaradır: “Uşaqlar bunu gördükləri zaman onlarda travmatik görüntü effekti yaradır: heyvanın qanamasını, çırpınmasını, səs çıxarmasını görmək və s. Bunlar uşağın beynində qorxu, güvənsizlik, gecələr yuxu pozuntusu, aqressiv təkrar düşüncə yarada bilir. Uşağın psixikası belə bir hadisəni emal etməyə hazır olmaya bilər. Hisslərin kütləşməsi baş verə bilər ki, buna desensitizasiya deyilir. Bu görüntülər təkrar-təkrar görürlərsə, uşağın emosional reaksiyası kütləşə bilir, başqasının ağrısına həssaslığı azalır, empatiya qabiliyyəti zəifləyir. Belə hadisələr gələcəkdə aqressiyanın qəbul edilməsinə və ya normal hala çevrilməsinə gətirib çıxara bilər. Uşaqlar gördüklərindən öyrənir. Bu prosesi hər gün müşahidə edən uşaqda zorakılığı problem həlli kimi qəbul etmə, aqressiyanı normal hesab etmə halları ola bilər. Qorxu, iyrənmə və sosial narahatlıqlar bunların əlamətlərindən biridir. Bu, xüsusilə 4-12 yaş arası uşaqlarda daha güclü təsir göstərir. Uşaqlarda heyvanlara qarşı qorxu, iyrənmə, zoofobiya yaranır, yaxınlaşma narahatlığı qazanıla bilər. Məktəblilərdə həm dərs prosesinə, həm sosial münasibətlərinə mənfi təsir göstərə bilir”.
Psixoloq uşaqları qorumaq üçün bəzi praktik addımların atılmasını məsləhət görür: “Kəsim məntəqələrinin məktəb yaxınlığından uzaqlaşdırılması ən sağlam və məntiqli addım olardı. Çünki dünyanın bir çox ölkəsində bu hallar qanunla qadağan edilir. Şüşə vitrinlərin örtülməsi də mümkün həll yollarından biridir. Ət dükanlarında və kəsim yerlərində uşaq hündürlüyünə uyğun şəkildə görüntünü məhdudlaşdıran qapalı pəncərələr və örtüklər olmalıdır. Məktəblərin rəhbərliyi ilə koordinasiyalı şəkildə işləmək də vacibdir. Rəhbərlik bələdiyyəyə rəsmi müraciət göndərərək görüntülərin bağlanmasını və kəsimin uşaq saatlarından kənar - səhər və ya gecə saatlarında həyata keçirilməsini tələb edə bilər. Valideynin açıqlaması və psixoloji izah da vacibdir. Uşaq görüntünü görübsə, valideyn sakit şəkildə bunun normal bir proses olduğunu, amma onların görməli olduğu bir şey olmadığını izah etməlidir. Heç vaxt “burada nə var ki” demək düzgün deyil, çünki bu, travmanı artırır. Uşaqda travma əlamətləri varsa, onu psixoloqa yönləndirmək olar”.
Nurcan Babək
"Gediş-gəliş mümkün deyil, batırıq" - Biləcəridə yol problemi - VİDEO
Hamının dilinin əzbəri olan “uşaqlıq travması” əslində nədir? - Psixoloq AÇIQLADI
Tələbələr üçün verilən endirim kartları gənclərin işinə nə qədər yarayır? – Ekspert AÇIQLADI
İnstaqramdakı səhifədən planşet alan şəxs aldadılıb təhdid edildi – ŞİKAYƏT - FOTO
"Nə təcili yardım gəlir, nə taksi" - Asfalt üzünə həsrət qalan kənd - VİDEO
Birləşmiş Krallıqda nə baş verir? Niyə bu ölkə 19 ildə 7 baş nazir dəyişib? – AÇIQLAMA
Metroda xətlərin ayrılması prosesində sərnişinlərə gediş haqqı güzəşti ola bilərmi? - AÇIQLAMA
Uşaqlarda boy artımı niyə ləngiyir? Genetika, yoxsa xəstəlik? - Pediatrdan AÇIQLAMA
Əlilliyi olan şəxslərin əl işləri bu saytda satışa çıxarılacaq – RƏSMİ AÇIQLAMA - VİDEO
Sakinləri çıxılmaz vəziyyətə salan yol – Bu cür yaşayış olmaz - VİDEO
Vətəndaş yaşadığı yerdə su borusunun partlamasından şikayətləndi; qurum hərəkətə keçdi - VİDEO











