"Məktəblərdə polis postları yaradılmalıdır, şagirdlər yoxlanılmalıdır" - YENİ TƏKLİF

Paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsindəki orta məktəbin 11-ci sinif şagirdləri 2008-ci il təvəllüdlü S.X. sinif yoldaşı N.V. ilə mübahisə edib. Mübahisə nəticəsində S.X. sinif yoldaşı N.V.-yə çoxsaylı bıçaq zərbələri endirib. Qeyd edək ki, məktəblərdə dəfələrlə bu cür hallar baş verib. Bütün bunlar isə məktəblərdə təhlükəsizlik məsələsini gündəmə gətirir.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "redaktor.az"a açıqlama verən təhsil eksperti Elçin Murad bildirdi ki, məktəblərdə daxili nizam-intizamı qorumaq və xüsusilə cinayətkarlıq hallarının, yaxud cinayətə təşəbbüs cəhdlərinin qarşısını almaq üçün Daxili İşlər Nazirliyinin hər məktəbdə bir postu yaradılmalıdır:
"Həmin postda bir serjant və ya əməkdaş mütəmadi şəkildə məktəbin təhlükəsizliyini təmin etməli, uşaqlar üzərində nəzarəti gücləndirməlidir. Əgər bu cür postlar yaradılmasa, məktəblərdə xüsusi bir sistem qurulmalıdır. Hər gün məktəblərdə və siniflərdə uşaqların üzərindəki əşyalar yoxlanılmalıdır. Daxili nizam-intizamı qorumaq üçün hər bir məktəbdə xüsusi işçi qrupu yaradılmalı, həmin qrup şagirdlərin çantalarını, üzərindəki əşyaları tam şəkildə yoxlamalıdır. Əgər hər hansı alət və ya təhlükə yarada biləcək predmet aşkarlanarsa, bu barədə dərhal Daxili İşlər Nazirliyinə məlumat verilməli, hadisə araşdırılmalı və müvafiq tədbirlər görülməlidir".

Onun sözlərinə görə, belə hallar bir neçə dəfə təkrarlanarsa, şagirdlərdə müəyyən qorxu hissi formalaşacaq və onlar artıq bu cür hərəkətlərə cəhd etməyəcəklər.
"Hazırda məktəblərdə vəziyyət çox zəifdir, nizam-intizam demək olar ki, sıfır səviyyəsindədir. Şagirdlər nə müəllimdən, nə də direktor, direktor müavini və ya digər məsul şəxslərdən çəkinirlər. Bu da sosial şəbəkələrin təsiri ilə şagirdlərin həddindən artıq sərbəst davranmasına səbəb olur. Nəticədə bu sərbəstlik bəzən xoşagəlməz halların yaranmasına gətirib çıxarır. Dediyim kimi, bunun yeganə çıxış yolu məktəblərdə polis postlarının yaradılmasıdır. Ölkəmizdə kifayət qədər polis serjantı var. Hər bölgədə orta hesabla 5-10 məktəb mövcuddur və həmin məktəblərə Daxili İşlər Nazirliyinin əməkdaşlarını cəlb etmək mümkündür. Onların orada mütəmadi dayanması şagirdlərdə məsuliyyət hissi yaradacaq. Şagird polis serjantını gördükdə anlayacaq ki, qayda pozsa, məsuliyyət daşıyacaq, bu da onu cinayətə və ya intizamsızlığa təşəbbüsdən çəkindirəcək.
Əgər bu sistem həyata keçirilə bilməzsə, o zaman Elm və Təhsil Nazirliyi məktəblərdə dediyim kimi xüsusi işçi qrupları yaratmalıdır. Dövlət onsuz da təhsil sahəsinə kifayət qədər vəsait ayırır. Ona görə də bu nəzarət sistemini təşkil etmək elə də çətin məsələ deyil. Şagirdlərə hər gün mütəmadi şəkildə yoxlanış və nəzarət aparılmalıdır. Bir müddət bu tədbirlər davam etdirilərsə və üzərində hər hansı təhlükəli alət aşkarlanan şagirdlər polisə təhvil verilərsə, digər şagirdlər də bu vəziyyətdən nəticə çıxaracaq və oxşar davranışlara cəhd etməyə qorxacaqlar", - deyə Elçin Murad qeyd etdi.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












