Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?

Azərbaycanda məktəblərin maliyyələşdirilməsi ilə bağlı yeni mexanizmin tətbiqinə başlanılır
Avtosfer.az xəbər verirki, adambaşı maliyyələşmə sistemində məktəblərə ayrılan vəsait şagirdlərin sayına uyğun müəyyən ediləcək. Bu yanaşma təhsil müəssisələrinin maliyyə imkanlarının formalaşmasına və mövcud resurslardan istifadəyə təsir göstərəcək.
Təhsil müəssisələrinin ehtiyaclarının düzgün müəyyənləşdirilməsi, müəllim təminatının yaxşılaşdırılması və şagirdlər üçün bərabər təhsil imkanlarının yaradılması bu sahədə əsas məsələlərdəndir. Məktəblərin yerləşdiyi ərazi və tədris şəraiti də maliyyələşmə prosesində nəzərə alınmalı amillərdəndir.
Yeni mexanizmin tətbiqi təhsil müəssisələrinin fəaliyyətinin daha səmərəli təşkilinə və ayrılan vəsaitin ehtiyaclara uyğun istifadəsinə şərait yarada bilər.
Məktəblərin adambaşı maliyyələşmə sisteminə keçirilməsi təhsil müəssisələrinin fəaliyyətində hansı dəyişikliklərə səbəb olacaq?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Avtosfer.az-a açıqlamasında bildirib ki, təhsil müəssisələrində adambaşına maliyyələşmə prinsipiinin tətbiqi ümumi təhsil müəssisələri arasında həm rəqabətin artmasına, həm də şagirdlərin asan və keyfiyyətli təhsillə təmin olunmasına xidmət edəcək:

"Bizim bölgələrdə elə təhsil müəssisələri var ki, orda şagird sayı olduqca azdır. Bəzi təhsil müəssisələrində bir sinifdə cəmi dörd-beş şagird təhsil alır və həmin şagirdlərin təhsilinə çəkilən ümumi xərc paytaxtda və ya iri şəhərlərdə on beş-iyirmi şagirdin təhsilinə sərf olunan vəsaitdən daha çox olur.
O nöqteyi nəzərdən də adambaşına maliyyələşməyə keçid həm də maliyyə xərclərinin itkisinin qarşısını alacaq. Bəzi bölgələrdə siniflərdə şagird sayının az olması səbəbindən vakant müəllim yerləri boş qalır, nəticədə dərslər ya keçirilmirdi, ya da müvafiq fənlər qeyri-ixtisas müəllimləri tərəfindən tədris olunurdu. Bu da təhsilin keyfiyyətinə mənfi təsir göstərirdi. Yeni maliyyələşmə mexanizminin tətbiqindən sonra vakant müəllim yerlərinin doldurulması asanlaşacaq, optimallaşdırma və rasionallaşdırma nəticəsində şagird sayı az olan məktəblər məsafədən idarəetmə modelinə keçəcək. Təhsil müəssisələrinin fəaliyyətində rəqabət artacaq, çünki şagird sayı nə qədər çox olarsa, müəssisəyə ayrılan maliyyələşmənin həcmi də bir o qədər çox olacaq”.
Ekspert əlavə olaraq qeyd edib ki, qanunvericilikdə nəzərdə tutulduğu kimi, müəllimlərin peşəkar inkişafı, sertifikasiya imtahanlarının və diaqnostik qiymətləndirmənin keçirilməsi kimi xərclər isə bu mexanizmə təsir etmir və ayrıca büdcədən maliyyələşdirilir. Yəni, maliyyələşmə mexanizmi sırf şagirdin bir illik təhsil xərcini nəzərdə tutur. Maliyyələşmə məbləği məktəbin növünə və təhsil pilləsinə görə fərqlənir və 2 000–3 000 manat aralığında dəyişir. Lisey və gimnaziyalarda bu məbləğ 2 500–3 000 manat, tam orta təhsil müəssisələrində isə 2 000 manat müəyyən edilib. Yuxarı təhsil pilləsində dərs yükü çox olduğundan daha yüksək əmsallar, ibtidai təhsil pilləsində isə nisbətən az olması nəzərə alınaraq təxminən 1–1,5 əmsal tətbiq edilir".
Züleyxa
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS












