Mənzil sahibi olanları SEVİNDİRİCİ XƏBƏR - VİDEO

Daşınmaz əmlak qiymətlərində ciddi artım müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, əmlak eksperti Elnur Fərzəliyev deyir ki, qiymət artımları daha çox ümumi sahəsi kiçik olan mənzillərdə nəzərə çarpır. Buna daha çox köhnə tikili binaları misal göstərmək olar.
Ekspert bildirib ki, yeni tikili binalarda da qiymət artımının davam edəcəyi gözlənilir. Bunun əsas səbəblərindən biri Bakıda yeni çoxmənzilli yaşayış binalarının tikintisi üçün yararlı torpaq sahələrinin azalmasıdır.
Ekspert bildirib ki, hazırda yeni tikili binalarda qiymətlər yerləşdiyi əraziyə görə dəyişir. Paytaxtın mərkəzi hissəsində bir kvadratmetrin qiyməti təxminən 4-7 min manat, mərkəzə yaxın ərazilərdə 2-4 min manat, şəhər kənarında isə 1 500-2 500 manat arasındadır. Köhnə binalarda isə qiymətlər əsasən bir kvadratmetr üçün 2 500-4 min manat arasında dəyişir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edib.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












