Mərkəzi Park paytaxtın simvollarından birinə çevriləcək - FOTO

Son illərdə Bakı şəhərinin yenidən qurulması, yaşıllıq sahələrinin artırılması məqsədilə mütəmadi işlər aparılır.
Xüsusilə də, 2023-cü ilin dekabrında “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan”ın təsdiqlənməsindən sonra ictimai məkanların yaradılması və ekoloji dayanıqlığın təmin olunması əsas prioritet istiqamətə çevrilib.
Görülən tədbirlər çərçivəsində Bakı şəhərində tarixi və mədəni irsin qorunmasına da xüsusi diqqət yetirilir. Hazırda paytaxtın bir sıra ərazilərində Baş plana uyğun olaraq müvafiq işlər aparılır. Bu istiqamətdə ən diqqətçəkən layihələrdən biri də Mərkəzi Parkın genişləndirilməsidir.
Tarixi abidələrin mühafizəsi Mərkəzi Parkın genişləndirilməsi layihəsində tarixi və mədəni irsin qorunmasına xüsusilə diqqət yetirilir. Təzəpir məscidi ətrafındakı tarixi məhəllədə görülən işlər də diqqət mərkəzində saxlanılır.
Belə ki, Baş plana əsasən, Təzəpir məscidi ətrafındakı tarixi məhəllə müasir şəhərsalma standartlarına uyğun abadlaşdırılacaq.
.jpg)
Sözügedən ərazidə dövlətin xüsusi mühafizəsində olan tarixi abidələrlə yanaşı, abidə statusu daşımayan, lakin tarixi dəyərə malik binalar da mövcuddur. Görülən işlər çərçivəsində bütün bu binaların bərpası və ümumi layihəyə inteqrasiyası nəzərdə tutulur.
Mərkəzi Parkın yenilənən siması
Məlumat üçün qeyd edək ki, parkın ilk hissəsi 2019-cu ilin mayında istifadəyə verilib. Əvvəllər “Sovetski” kimi tanınan ərazidə yaradılan geniş yaşıllıq zonası sakinlər tərəfindən böyük rəğbətlə qarşılanıb.
2022 və 2024-cü illərdə parkın ikinci və üçüncü hissələri də açılıb. Bu mərhələlərdə, açıq hava idman zonaları, uşaq meydançaları və sakit istirahət sahələri salınıb. Üstəlik, mikromobilliyin təmin olunması məqsədilə Mərkəzi Parkda velosiped zolaqları salınıb, nəqliyyat və piyadaların hərəkəti optimallaşdırılıb. Mərkəzi Parkı daha da gözəlləşdirən digər elementlər isə yaşıllıqların artırılıb, su elementlərinin əlavə edilməsidir.
Hazırda parkın ümumi sahəsi 36 hektar təşkil edir. Lakin dördüncü mərhələdə bu ərazi daha da böyüyəcək..jpg)
Şəhərin yaşıl gələcəyi
Belə ki, dördüncü mərhələdə “Nizami” metrostansiyası ətrafında yerləşən 21 hektar sahə parka əlavə ediləcək. Burada, qarışıq ağac növləri ilə sıx meşə zonasının yaradılması, böyük süni göl və onun ətrafında rekreasiya zonalarının təşkili nəzərdə tutulub.
Üstəlik, dördüncü mərhələdə idman, mədəni tədbir və uşaq oyun sahələrinin qurulması, tarixi binaların funksional şəkildə parka inteqrasiyası planlaşdırılır. Bütün bu tədbirlərin görülməsində başlıca məqsəd sakinlər üçün ekoloji cəhətdən təmiz və rahat ictimai məkanın yaradılmasıdır.
Layihə çərçivəsində insanlar üçün ictimai rahatlığın təmin olunması ilə yanaşı, uzun illərdir bu ərazidə olan köhnəlmiş və sıradan çıxmış infrastruktur tamamilə yenidən qurulacaq.
Bu isə o deməkdir ki, Mərkəzi Parkın yenilənən simasında tarixin və müasirliyin vəhdətinə xüsusi yer veriləcək. Əminliklə qeyd edə bilərik ki, layihə başa çatdıqdan sonra Mərkəzi Park paytaxt Bakının simvollarından birinə çevriləcək.(bizim.media)
.jpg)
Bağçalarda uşaqlara verilən qidalar nə qədər sağlamdır? – RƏSMİ AÇIQLAMA
Güclü külək və yağışlarda təhlükəsizlik qaydalarına riayət olunmalıdır - EKSPERT
Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi - SƏRNİŞİNLƏRİN DİQQƏTİNƏ
Sosial şəbəkədə hansı paylaşımlar qanunsuz sayılır? - 2 min manatadək ... - VİDEO
Heydər Əliyev prospektində tunelin ətrafındakı su kütləsi aradan qaldırıldı - VİDEO
Badamdar yamacındakı sürüşmə ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Sulutəpə-Hökməli yolu təmizləndi, hərəkət bərpa olundu - VİDEO
Leysana görə Puta gölünə beton boru qoyuldu - FOTO - VİDEO
Xırdalan yenə yağışa təslim oldu – Sakinlər evlərində, maşınlar da su altında qaldı - VİDEO
Keşlədə evləri su basdı - İnsanlar təxliyə edilir - FOTO - VİDEO
Yağışlar gedir qayıdır: Bakını hansı hava şəraiti gözləyir? – PROQNOZ










