Metroda gecikmələr və sıxlığın səbəbi nədir? - Ekspert AÇIQLADI

Son vaxtlar paytaxtda metrodan istifadə edən sərnişinlər arasında qatarların gecikməsi və sıxlıq məsələsi daha çox müzakirə olunur. Xüsusilə son dövrlərdə müşahidə olunan gecikmələr və bəzi texniki problemlər ictimai nəqliyyatın əsas dayaqlarından biri olan metro ilə bağlı sualları artırıb. Şəhər əhalisinin və paytaxta gələn insanların sayını isə gündən-günə artmaqdadır. Belə vəziyyətdə sərnişinləri düşündürən əsas məsələ isə mövcud gecikmələr və sıxlıq nədən qaynaqlanması, həmçinin bu problemlərin aradan qaldırılması üçün hansı addımların atılmasıdır.
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Avtosfer.az-a açıqlamasında mövcud vəziyyətə və görülən işlərə aydınlıq gətirib:

“Hal-hazırda “Bakı Metropoliteni”ndə genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir. Yeni stansiyalar tikilir, yeni depolar yaradılır. Burada əsas məqsəd metroda sərnişindaşıma xidmətinin daha keyfiyyətli səviyyəyə qaldırılmasıdır. Vaxtilə tikilən “Bakı Metropoliteni” o dövrün tələblərinə uyğun layihələndirilmişdi. Yəni sistem o zamankı əhali sayına və texnologiyalara hesablanmışdı. Lakin bu gün məlumdur ki, Bakı şəhərinin əhalisi xeyli artıb. Bundan əlavə, şəhərə gələn qonaqların sayı da çoxdur və Bakı turizm şəhəri kimi inkişaf edir. Sovet dövründə qurulan metro xətlərinin bəziləri artıq bugünkü tələblərə tam cavab vermir. Hətta bəzi hissələrdə qatarların hərəkətində kəsişmələr olduğuna görə toqquşma riskləri də mövcud idi. Məhz buna görə hazırda yenidənqurma və modernləşdirmə işləri həyata keçirilir. Ola bilər ki, bu işlərin aparılması səbəbindən müəyyən vaxtlarda qatarların hərəkətində gecikmələr yaransın. Lakin bu proseslər başa çatdıqdan sonra metropoliten daha keyfiyyətli və təhlükəsiz fəaliyyət göstərəcək. Bu gün nəzərə almaq lazımdır ki, ictimai nəqliyyatın əsasını metro və avtobus təşkil edir. Taksi və dəmir yolu isə daha çox köməkçi nəqliyyat vasitələri kimi istifadə olunur. Buna görə də əsas yük metro və avtobusların üzərinə düşür. Əhalinin sayının artması isə sərnişin sıxlığını daha da artırır. Bu sıxlığın aradan qaldırılması üçün qatarlar arasındakı intervalın azaldılması vacibdir. Bunun üçün isə daha çox stansiyaların və depoların tikilməsinə ehtiyac var”.
Nurcan Babək
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat
Azərbaycanda gender bərabərliyi məsələsində dövrün trendi başa çatıb? – AÇIQLAMA
Sürücüləri canından bezdirən yol - VİDEO
Həyətdə od qalayanların NƏZƏRİNƏ! - Cəriməsi var
“Cəbiş müəllim”in qızından “Rabitəbank”a etiraz - “Bizdən razılıq alınmayıb”
Bu şəxslərin pensiyası artırıldı
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı
Dostlarla əyləncə faciəyə çevrilir - Dənizdə vəfat riskini artıran vərdiş
Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır
Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ
Avtobus yük maşınına çırpıldı: Zərəri hansı sığorta ödəyəcək?










