Minimum əməkhaqqı artımı ilə bağlı SEVİNDİRİCİ XƏBƏR - 700 min nəfərin...

Minimum əməkhaqqının dövrü olaraq artırılması praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov "Əmək Məcəlləsinə" təklif edilən və artıq parlamentdə birinci oxunuşda qəbul olunan dəyişiklikləri şərh edərkən deyib.
Onun sözlərinə görə, sənədə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq:
"Bu da minimum əməkhaqqının artımında dövrülüyün təmin olunacağı deməkdir. Eyni zamanda, bununla artımlar qanunla tənzimlənəcək. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə artımları təmin edir. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əməkhaqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir".
V.Bayramov həmçinin bildirib ki, bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əmək haqqları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir:
"Cədvəldə maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır. Minimum əmək haqqının dövrü olaraq artırılması paraktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Bütövlükdə, minimum əmək haqqının artırılması 700 min vətəndaşımızın maaşlarının artmasına səbəb olur".
Raket zərbələri zəlzələ ocaqlarını oyadır - SENSASİON AÇIQLAMA
Regionlarda minlərlə ev sənədsiz qalıb: Ciddi problem böyüyür - VİDEO
Bakının ən rahat iş tapılan rayonları - SİYAHI
Bakının mərkəzində yeni təmir olunan yol çökdü: Təhlükə yarandı – FOTO - VİDEO
Bu halda pensiyanız kəsilə bilər – Sürücülük vəsiqəsi ilə əlaqəlidir
Bakıda kirayə qiymətləri son bir ildə niyə çox artıb? - VİDEO
"Həzi Aslanov" nə vaxt açılacaq? - RƏSMİ
Bakı buxtası ilə bağlı həyəcan siqnalı - Xəzər çəkilir - FOTOLAR
Bakının mərkəzində biabırçı mənzərə - “Qadınlar necə etsin?!” - VİDEO
Bu şəxslərin pensiyası övladına veriləcək
Xarici pasport almaq istəyənlərə VACİB XƏBƏR










