Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı

Son illər mobil texnologiyaların və şəxsi brend anlayışının inkişafı ilə telefon nömrələri bəzi insanlar üçün sadəcə əlaqə vasitəsi olmaqdan çıxaraq imic göstəricisinə çevrilib. Xüsusilə yadda qalan, xüsusi kombinasiyalı mobil nömrələrə maraq artıb. Bəzi şəxslər və şirkətlər belə nömrələr üçün minlərlə manat ödəyərək onlardan biznes fəaliyyətində və şəxsi tanıtım məqsədilə istifadə edirlər. Lakin bahalı mobil nömrələrin həqiqətən də insanın və ya şirkətin tanınmasına, eləcə də etibarının formalaşmasına təsir edib-etmədiyi müzakirə mövzusudur. Bəziləri bunun peşəkar imic yaratmağa kömək etdiyini düşünür, digərləri isə bu seçimin daha çox status nümayişi xarakteri daşıdığını hesab edirlər.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Azxeber.com"a danışan marketoloq Marat Namazov bildirib ki, hazırkı rəqəmsal dövrdə bahalı mobil nömrələrin biznesin tanınmasına və müştəri etibarının formalaşmasına demək olar ki, heç bir təsiri yoxdur:
"Hazırkı dövrdə bahalı mobil nömrələrin biznesin tanınmasında demək olar ki, heç bir rolu yoxdur. Bu, yalnız status göstəricisi kimi qəbul oluna bilər və bu da şəxsdən şəxsə dəyişir. Artıq telefon nömrəsini ad əvəz edib. Kiməsə zəng etmək istəyəndə kontaktlara daxil olur, həmin şəxsin adını yazır və zəng edirik. Nömrə bizə yalnız onu ilk dəfə yadda saxlayarkən lazım olur. Sonradan isə əksər insanlar həmin nömrəni xatırlamırlar. Hətta bir çoxları yaxınlarının belə telefon nömrəsini əzbər bilmir. Buna görə də hazırda bizneslərin bahalı mobil nömrəyə sahib olmasına ehtiyac yoxdur".
Marat Namazovun sözlərinə görə, belə nömrələrin təsiri olsa belə, bu, daha çox şəxsi imic və status təəssüratı ilə məhdudlaşır:
"Yaddaqalan nömrələr var. Məsələn, 3 və ya 4 rəqəmli nömrələr. Bəli, onlar biznesin imicinə müəyyən qədər təsir göstərə, onun ciddiliyi barədə təəssürat yarada bilər. Amma bahalı mobil nömrələr biznesin tanınmasında həlledici rol oynamır. Bu, yalnız şəxsi müstəvidə müəyyən təsir yarada bilər. Kimsə sizə nömrəsini təqdim edəndə, məsələn, 211 və ya 201 kimi başlayan nömrələr var ki, hakim dairələrdə bu cür nömrələrdən istifadə olunur. Belə başlanğıca malik nömrələr həmin şəxs haqqında ilkin fikir formalaşdırılmasına müəyyən qədər təsir göstərə bilər. Lakin biznes baxımından bunun ciddi əhəmiyyəti yoxdur".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












