Mübariz Mənsimovun “PalSüd” şirkəti vətəndaşlara borcunu qaytarmır; evini girov qoyanlar var - ŞİKAYƏT

Sahibkarlardan biri sosial şəbəkələrdə “Palmali” şirkətlər qrupunun ona və digər təsərrüfatla məşğul olan şəxslərə borclu olduğunu və artıq illərdir bu borcu qaytarmamasından şikayət edib.
Avtosfer.az xəbər verir ki, Zaur Həsənov adlı sahibkar özünün “Facebook” hesabında paylaşım edib. O bildirib ki, Mübariz Mənsimova məxsus “PalSüd” şirkəti uzun müddətdir onlara olan borcunu ödəmir.
“Camaat kənd-kənd gəzib əhalidən süd alıb “Palsüd”ə verib. 2016-cı ildən “Palsüd” aldığı südün pulunu gecikdirməyə başlayıb. “Bu ay verərik”, “gələn ay verərik” deyə-deyə hər dəfə pulu gecikdirdilər. Düşünürdük ki, ola bilsin nəsə çətinlik var, düzələr. Amma 2017-ci ildə şirkətin südə olan borcu şişdi. “PalSüd”ün rəhbərliyi yenə yalan vədlərlə borcu ödəməkdən yayınırdı. Mən də şirkətin təmsilçisi Fidan Quliyeva ilə əlaqə saxladım. Fidan xanım dedi ki, düzələcək. Amma düzəlmədi. Sonra Mübariz Mənsimov həbs olundu. O, həbsdən çıxdıqdan sonra Fidan xanım dedi ki, səbr edin düzələcək, indi heç cür edə bilmirik, vəziyyətimiz çox pisdir. Bununla bağlı “WhatsApp”da yazışmalar da var. Nəhayət, 2022-ci ildə bildirdi ki, sizə zəng edəcəklər. 3 ildən artıq vaxt keçib, zəng edən olmayıb. Fidan xanım da zənglərə cavab vermir. Daha doğrusu, nömrəmi əngəlləyib, “Facebook”da cavab vermir. Elə adamlar var ki, evlərini girov qoyub. Onlara görə düşüdükləri vəziyyətdə əhaliyə olan borcların bağlayıblar, amma bankın pulunu ödəyə bilmədikləri üçün bank evlərini əllərindən alır. Taleyin işinə bir bax, cəmiyyətdə Hacı Zeynaladdin Tağıyev kimi tanınan Mübariz bəy çox evsizlərə ev hədiyə verməklə bu adı qazanır, amma onun şirkətinə görə bəzi adamlar da öz yuvalarından olurlar”.
Mövzu ilə əlaqədar Zaur Həsənovun özü ilə əlaqə saxladıq. Avtosfer.az-a açıqlamasında sahibkar bildirdi ki, “PalSüd” zavodunun ona 9 000 manat borcu var.

“2018-ci ildən şirkətin təmsilçisi Fidan Quliyeva ilə əlaqə saxlamışam. Mənə demişdi ki, tələsmə, ödəniş edəcəyik. 1 il keçdi üstündən, heç bir ödəniş edilmədi. 2019-cu ildə Mübariz Mənsimov həbs olundu, 2020-ci ildə azadlığa çıxdı. Amma yenə ödəniş etmədilər. Mənsimovun bacısı qızı Aytən, həm də onun köməkçisidir, ona mesaj yazdım ödənişlə bağlı. O da nömrəmi əngəllədi. Başqa nömrələrdən də yazıram, hər dəfə nömrəmi blok edir. Fidan Quliyevaya “Facebook”dan da yazmışam, oxuyub cavab vermir. Artıq kimə şikayət edək, bilmirəm. bu qədər insanın borcunu ödəmirlər deyə, insanlar çətin vəziyyətdə qalıb”.
Zaur Həsənovun açıqlamaları əsasında Fidan Quliyevaya, eləcə də “Palmali” Şirkətlər Qrupuna da zəng etdik. Lakin bir nəticə əldə etmək mümkün olmadı. Fidan Quliyevaya zəng çatmadı, “Palmali”nin saytında yerləşdirilən nömrədən isə cavab verən olmadı.
Səfər
Avropadakı rekord istilər Azərbaycana da gələcək?
Metronun Bənövşəyi xətti üzrə yay qrafikinə keçilir
Baş nazir QƏRAR İMZALADI
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
Tezliklə maaşlar artırıla bilər - Əhaliyə sevindirici xəbər
Bu şəxslər hərbi xidmətə çağırılır - İyulun 1-dən
Şamaxıda torpaq sürüşməsi oldu - Yollar yararsız hala düşdü - VİDEO
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - VİDEO
Bakıda kabusa çevrilən küçə: "Qəzalar olur, baxan yoxdur" - VİDEO
Avtobusda ödəniş etməsəniz sürücü CƏRİMƏLƏNƏCƏK
Bunu edənlərin NƏZƏRİNƏ: 500 manatadək cərimə olunacaqsınız!










