Naxçıvanda “yaşıl nəqliyyat” dövrü başlayır

Naxçıvan şəhərinin küçələrində yaxın vaxtlarda sakit, ekoloji təmiz və ağıllı avtobuslar hərəkət edəcək.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, muxtar respublikada nəqliyyat sisteminin təhlükəsizliyinin artırılması, atmosferə atılan tullantıların azaldılması və ekoloji mühitin yaxşılaşdırılması məqsədilə şəhərə 60 ədəd elektrik mühərrikli avtobus gətiriləcək.
Avtobuslar ilkin olaraq sınaq müddətində yoxlanıldıqdan sonra şəhərin ictimai nəqliyyat marşrutlarında istifadəyə veriləcək.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 4 mart 2025-ci il tarixli Sərəncamına əsasən, Naxçıvan şəhərində sərnişindaşımaların yalnız elektrik mühərrikli avtobuslarla həyata keçirilməsi, enerji doldurma avadanlıqlarının quraşdırılması, həmçinin bu avtobuslara xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə depo (qaraj) infrastrukturunun təkmilləşdirilməsi nəzərdə tutulur. Bu məqsədlə, Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi çərçivəsində Prezidentin müvafiq Fərmanına uyğun olaraq “Baku Bus” MMC-yə 33 milyon 449 min manat vəsait ayrılıb.
Hazırda görülən işlər çərçivəsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” PHŞ-nin balansındakı əmlak kompleksinin bir hissəsi qanunvericiliyə uyğun olaraq “Baku Bus” MMC-nin istifadəsinə verilib.
“Azerbaijan Energy Automotive Factory” MMC ilə bağlanılmış müqaviləyə əsasən, yeni gətiriləcək BYD markalı elektrik avtobusları 8,7 metr uzunluğa, 226 kVt gücündə batareyaya malikdir və tam enerji ilə 240 kilometr məsafə qət edə bilir.
Layihə çərçivəsində qaraj ərazisində avtobusların enerji təchizatını təmin etmək məqsədilə 6 MVA gücündə 35/0,4 kV-luq transformator məntəqəsi inşa olunacaq. Bundan əlavə, qaraj daxilində 13 ədəd (onlardan 10-u bu il alınacaq avtobuslar, 3-ü isə gələcəkdə alınacaq avtobuslar üçün nəzərdə tutulub) 320 kVt-lıq sürətli enerji doldurma cihazı quraşdırılacaq. Marşrut xətlərinin son dayanacaqlarında isə əlavə 4 ədəd analoji cihaz quraşdırılması planlaşdırılır. Beləliklə, ümumilikdə 17 ədəd 320 kVt-lıq sürətli enerji doldurma cihazı istifadəyə veriləcək.
Layihənin cari ilin sonunadək tam başa çatdırılması planlaşdırılır.(azərtac)
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












