"Nə işə, nə də evə vaxtında çatırıq, çox çətin vəziyyətdəyik" - Xırdalanda nəqliyyat xaosu - VİDEO

Son dövrlərdə paytaxtda nəqliyyatın hərəkətində əhəmiyyətli dəyişikliklər edilib. Onlardan ən vacibi isə avtobus və mikromobillik zolaqlarının çəkilməsi olub. Bu, tıxacla ən effektiv mübarizə üsullarından biri sayılır. Lakin hələ də paytaxtın bəzi ərazilərində, eləcə də Xırdalanda xaos hökm sürür.
Avtosfer.az xəbər verir ki, bu barədə Xırdalan sakinləri məsələ ilə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.
"Uşaqlar tıxaca düşməsinlər deyə səhər tezdən durub yola düşürlər, doyunca yata bilmirlər. Nə işə, nə də evə vaxtında çatırıq. İstirahətimizi edə bilmirik, çox çətin vəziyyətdəyik", - vətəndaşlardan biri söyləyib.
Digər bir sakin isə bildirib:
"Əhalinin sayının çoxalması və tikintilərin artması bizə çox problem yaradır. Çoxlu evlər tikirlər, amma tıxac problemini düşünən yoxdur".
Nəqliyyat eksperti Rauf Ağamirzəyev sözügedən problemin həlli istiqamətində təkliflərini irəli sürüb:
"Küçələr transformasiya olunmalıdır. Eləcə də dəmiryol stansiyalarının sayını artırmaq lazımdır. Düşünürəm ki, "Xırdalan-2" stansiyasının tikilməsi vacibdir. Xırdalan-Bakı arasında dəmir yolu yerüstü metro funksiyasını daşımalıdır. Yəni saat 06:00-dan gecə 00:00-a qədər 15-20 dəqiqəlik intervalla qatarların hərəkəti təmin olunmalıdır".
Əhalinin sosial vəziyyəti necə dəyişir? - Yaşayış xərcləri bu cür artır...
Autizmli uşağın doğulmasında hamiləlik zamanı ananın çips yeməsi də səbəb ola bilər - PSİXOLOQ
Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə
Fitrə zəkatı nə vaxt və nə qədər verilməlidir? - VACİB AÇIQLAMA
İnsanlar niyə geyim və əşyalarda bir-birilə prinsip aparır? – Psixoloq səbəbləri AÇIQLADI
Bakının bu rayonlarında kirayə evlərin qiyməti artdı
Gənclər arasında işsizlik: Ali təhsili olanların iş tapa bilməməsinin səbəbləri nələrdir?
Bayram tətilindən necə səmərəli istifadə etmək olar? - MƏSLƏHƏT
Yeriyərkən siqaret çəkməyin təhlükəli tərəfləri
Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir?
Bayram öncəsi bazarlarda qiymətlər necədir? - VİDEO










